“Körpü-Bina-Tikinti” MMC-yə 20 milyonluq tender verildi

img

04-03-2024 [15:29]


Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “ÇTZ kanalının yenidən qurulması" (I mərhələ)” tenderinin nəticələrini elan edib.

Mia.az FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC olub.

Qalib şirkətlə 19 424 391 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 300 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xaliq Göyüşov Avdil oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1 ünvanında yerləşir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA