İTV “Maska” şousunun ilk buraxılışı nümayiş etdirilib
13-12-2023 [12:29]
İctimai Televiziyada dünyaca məşhur, 50-dən çox ölkədə yayımlanan beynəlxalq lisenziyalı “Maska” şousunun Azərbaycan versiyasının ilk buraxılışı nümayiş etdirilib.
Verilişin aparıcısı Ağa Nadirovun verdiyi məlumata görə, proqramda 12 maska və hər birinin arxasında hansısa azərbaycanlı məşhur gizlənib:
“İştirakçılar qarşıdurma prinsipi ilə bir araya gəlir. Səsvermə ilə kimin şouda qaldığını, kimin maskanı açdığı təyin edilir. Maskalar o qədər gizlindir ki, hətta ailə üzvləri belə onların bu şouda iştirakından xəbərsizdirlər”.
Şounun ilk bölümündə 12 məşhur maskalıdan 6-sı yarışıb. Maskalanmış məşhurlar səhnəyə çıxıb, “detektivlər” isə maskalı məşhurların ifalarından, dəyişdirdiyi səslərindən, xarici görünüşlərindən və digər ipuclarından axtarışa başlayaraq onların kim olduğunu müəyyənləşdirməyə çalışıblar.
Müsabiqənin “detektivlər”i Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Nigar Camal, Murad Arif və aparıcı Kamilə Babayevadır.
A.Nadirov deyir ki, verilişdə aparıcı özü belə tamaşaçıdır: “Proqramda nələr baş verir, gizlənən şəxslər kimlərdir, bunu bilmək mənim özüm üçün də çətindir. Baxmayaraq ki, radio və televiziya təcrübəm az deyil, amma istənilən halda gördüyüm ən çətin işdir. Amma inanıram ki, komanda ilə gördüyümüz iş sayəsində tamaşaçıları ekrana qaytara biləcəyik”.
Onun sözlərinə görə, dedektivlər sona kimi proqramda qalacaqlar: “Düşünürəm ki, proqramın detektivləri uğurlu seçilib. Çünki hər biri çox fərqli və maraqlı simalardır. Qeyd edim ki, hər həftə bir maska açılacaq və hər kəs təəccüblənəcək. Ona görə də hər kəsi bu şounu izləməyə dəvət edirəm. Baxın və detektiv olun”.
Qeyd edək ki, verilişin qaydalarına əsasən, səsvermə nəticəsində qalib gələnlər növbəti tura keçir. Digər maskalılar isə gözləmə otağına gedir və onlardan biri verilişin sonunda səsvermə nəticəsində şou ilə vidalaşır. İlk buraxılışda müsabiqəni tərk edən isə Xalq artisti Gülyanaq Məmmədova olub. Belə ki, “detektivlər” Güzgü maskanın altında gizlənən məşhurun kimliyini tapa biliblər.
İlk bölümdən izləyicilərin böyük rəğbət və marağına səbəb olan teleşou haqqında artıq sosial şəbəkələrdə (#maskaitv həştəqi ilə izləmək mümkündür - red.) çox sayda müsbət rəylər yazılır. İzləyicilərini də bir növ detektivə çevirdiyi möhtəşəm şounun hər bölümündə həyəcan dolu anlar böyük marağa səbəb olur. Ölkənin ən sirli və unikal şousu hər həftənin bazar günü saat 21:00-da İctimai TV-də nümayiş etdiriləcək. Bu arada, tamaşaçıların xahişi ilə hər həftənin beşinci günü saat 21.00-da “Maska”nın təkrarı olacaq.
Xatırladaq ki, əyləncəli-musiqi proqram olan “The Masked Singer” (Türkiyədə “Maske Kimsin Sen?”, Rusiyada isə ŞOU “MASKA”) beynəlxalq layihəsi ilk dəfə olaraq Azərbaycan teleməkanında lisenziya əsasında İTV-nin efirində yayımlanır.
İsrailin hücumuna məruz qalan Livanda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir