Kamran Əliyev Şuşa və Göygölə yeni prokurorlar təyin edib

img

08-12-2023 [17:19]


Şuşa rayonuna prokuror təyin edilib.

Mia.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Nəriman Əsədov Şuşa rayonuna prokuror təyin edilib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən, Rəsul Həsənov Göygöl rayon prokuroru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, N.Əsədov bu təyinatadək Baş рrоkurоr yanında Korrupsiyaya qаrşı Mübarizə Ваş İdаrəsinin Preventiv tədbirlər və təhqiqat idаrəsinin рrоkuroru vəzifəsində çalışıb. R.Həsənov isə bu təyinatadək Gəncə şəhər prokurorunun müavini vəzifəsində işləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq