Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu

Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu

CƏMİYYƏT

Bugün, 12:10

Okyabrın 29-u Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Mia.az xəbər verir ki,  günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR