Zərdabda qəza: ölən və yaralanan var

img

06-12-2023 [09:20]


Zərdab rayonunda qəza olub.

Mia.az xəbər verir ki, Zərdab rayonunun Qaravəlli kəndində yaşayan Umarov Əmrah Vüqar oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Zərdab şəhəri Məlik Məhərrəmov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində idarəetməni itirərək yol kəsişməsində olan ağaca çırpılıb.

Nəticədə sərnişin Əliyev Raul Əziz oğlu hadisə yerində almış olduğu xəsarətlərdən ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə Zərdab Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA