Məşhur rejissor pensiya azlığına üsyan etdi: "Bir "bak" benzin eləmir"

img

25-09-2023 [09:55]


"Atatürk" filminin rejissoru Həmdi Alkan vaxtından əvəvl pensiyaya çıxsa da, aldığı pulun azlığından şikayətlənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 56 yaşlı Həmdi Alkan bu barədə "Show TV"də yayımlanan "Bu Sabah" proqramına açıqlama verib.

O bildiirb ki, 40 il sənətdədir: "Mənə 7600 TL (təxminən 475 manat) pensiya verilir 40 ildir sənətə xidmət edirik, amma bu qədər pul ayrılıb. İndiki bahalıq şəraitində bu pul heç bir "bak" benzin pulu eləmir". 

Hamdi Alkan yeni layihələrindən dəsöz açıb: "İki layihəmiz var, onların üzərində işləyirəm. Tezliklə cəmiyyətə təqdim edəcəyik".

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb