Ərdoğan CHP-dəki "sədr qovğası"na cavab vermədi: "Məni bu münaqişəyə qatmayın"

img

22-09-2023 [00:17]


Prezident Ərdoğan CHP-dəki gərginlik və sədrliyə yeni iddialılar bvbarədə suala cavab verməyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, jurnalistlərdən biri Prezident Ərdoğana CHP-də fraksiya sədri Özgür Özəlin CHP sədrliyinə namizədliyini xatırladaraq "Sizcə, partiya sədrliyini kim qazanar?" sualıını verib.

Ərdoğan isə bu suala cavabdan yayınıb: "Məni bu çəkişməyə və ya münaqişəyə qatmayın. Mən öz işimlə məşğulam. Qoy öz aralarında öz işlərinə baxsınlar. Çünki mən o qazanar, bu qazanar işləri ilə məşğul deyiləm".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA