Əli Əsədov müşavirə keçirdi - Qəzalı binalarla bağlı

img

25-05-2023 [20:33]


Mayın 25-də Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə “Qəzalı və yolverilməz vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının 2023-2028-ci illərdə yenilənməsinə və əsaslı təmirinə dair” Dövlət Proqramı layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Mia.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, müşavirədə aidiyyatı qurumların rəhbərləri iştirakı ediblər.

Müşavirə zamanı Proqram layihəsi ətraflı müzakirə edilib, təkliflər nəzərə alınmaqla yekun variantının təqdim edilməsinə dair tapşırıqlar verilmişdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA