Biləsuvarda silahlı insident: 51 yaşlı kişi güllələndi

img

24-05-2023 [10:52]


Biləsuvarda 51 yaşlı kişi güllələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Mia.az-a bildirilib ki, mayın 24-də saat 10 radələrində Biləsuvar rayonunun Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Cavid İdris oğlu Həmidov saxlanılıb: "Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Əsgər Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Araşdırma aparılır".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA