Lavrovla Ceyhun Bayramov Moskvada bir arada: "Razılaşmalar mühüm əhəmiyyət kəsb edir" - İlk açıqlamalar (FOTOLAR/Yenilənib)
05-12-2022 [19:08]
Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovun dekabrın 5-də Moskvada Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovla görüşdə müzakirə etdiyi məsələləri açıqlayıb.
Mia.az XİN-ə istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, iqtisadiyyat, təhsil, nəqliyyat və digər ikitərəfli və regional sahələrdə əməkdaşlıq, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri, üçtərəfli bəyanatların icrası müzakirə edilib.
C.Bayramov Azərbaycan və Rusiya arasında yüksək səviyyəli dialoqun və sıx təmasların olmasından məmnunluq ifadə edib. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının cari ildə 30 illik yubileyinin qeyd olunduğunu söyləyən nazir, müxtəlif tədbirlərin keçirildiyini və bu tədbirlərin ikitərəfli münasibətlərə töhfə verəcəyini qeyd edib.
Azərbaycanlı nazir, həmçinin post-münaqişə dövründə sülh gündəliyi və Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfə məlumat verib.
Ermənistanın prosesi ləngitmək cəhdləri, Üçtərəfli Bəyanat, xüsusilə də 4-cü və 9-cu bəndlər üzrə öhdəliklərini yerinə yetirməməsi, qüvvələrini tam şəkildə ərazilərimizdən çıxarmaması, bütün kommunikasiyaların açılması işinə maneçilik törətməsi üzrə narahatlıqları diqqətə çatdırıb. Azad olunmuş ərazilərdə mövcud mina təhlükəsindən söz açan C.Bayramov Azərbaycan ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların aşkar edilməsinin Ermənistan tərəfindən öhdəliklərinin ciddi şəkildə pozuntusu olduğunu və sülh prosesinə xələl gətirdiyini vurğulayıb. Bununla yanaşı, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarı məsələsi müzakirə mövzusu olub.
Geniştərkibli görüşdən sonra Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illər üçün siyasi məsləhətləşmələr planı imzalanıb.
Daha sonra, nazirlərin iştirakı ilə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş poçt markalarının xüsusi poçt ştempeli ilə damğalanması mərasimi keçirilib. Eyni zamanda, yeni nəşr olunmuş Azərbaycanla Rusiya arasında imzalanmış sənədlərin toplusunun 2-ci cildi təqdim edilib.
Qeyd edək ki, C.Bayramov dekabrın 4-5-də Rusiya paytaxtında işgüzar səfərdə olub.
***
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrov arasında keçirilən görüşün yekunlarına əsasən Azərbaycan və Rusiya Federasiyası arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planı imzalanıb.
***
“Rəsmi Bakı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Rusiyanın rolunu yüksək qiymətləndirir”.
Mia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
C.Bayramov rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün ən mühüm amilin üçtərəfli bəyanatların müddəalarının tam şəkildə həyata keçirilməsi olduğunu, lakin təəssüf ki, üçtərəfli bəyanatın bir sıra fundamental şərtlərinin yerinə yetirilmədiyini vurğulayıb: "Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərindən tam çıxarılmayıb, mina təhlükəsi isə hələ də qalmaqdadır".
XİN rəhbəri Azərbaycan ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2700 mina aşkar edildiyini və bunun Laçın dəhlizinin təyinatı üzrə istifadə edilmədiyinin göstəricisi olduğunu nəzərə çatdırıb.
Ceyhun VBayramovun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu bu ilin sonuna qədər baş tuta bilər: “Azərbaycan tərəfinin üçüncü cavab paketi artıq Ermənistan tərəfinə təqdim edilib və biz hesab edirik ki, bu ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu keçirilə bilər"
Lavrov isə bildirib ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Azərbaycanla Rusiya arasında gələcək əməkdaşlıq vektorunu müəyyən edib: "Bu ilin mühüm hadisəsi fevral ayında Rusiya ilə Azərbaycan arasında "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin imzalanması olub. Bu tarixi sənəd iki dövlət arasında gələcək əməkdaşlıq vektorunu müəyyən edir".
Lavrov qeyd edib ki, Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Moskvada keçirilən görüşdə Qarabağdakı ekoloji vəziyyəti müzakirə ediblər: "Biz bu mövzuya bir qədər vaxt ayırdıq. Bildirdik ki, sizin dediyiniz kimi, Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycan qurumlarının nümayəndələri yerlərdə iş aparırlar. Digər hallarda olduğu kimi, azərbaycanlı həmkarlarımızın üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsi ilə bağlı meydana gələn bütün sualları bizim üçün prioritet əhəmiyyət kəsb edir. Yerlərdəki hərbçilərimiz bununla fəal məşğul olurlar”.
Rusiya XİN başçısı bildirib ki, Praqada Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmalar mühüm əhəmiyyət kəsb edir: “Biz hələ də tərəflərə kömək etməyə hazırıq, fundamental məsələlərlə bağlı qərar qəbul etmək vacibdir. Praqada dövlət başçıları arasında əldə olunmuş razılaşmalar mühüm əhəmiyyət kəsb edir. Onlar bütün problemləri BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq həll etmək niyyətində olduqlarını qeyd ediblər.
Biz iki ölkə arasında münasibətlərin normallaşması üçün çoxdan Moskva layihəsini hazırlamışıq. Rusiyanın ümumi baza tapmağa kömək etmək istəyinin göstəricisi kimi, bu layihə tərəflərə təhvil verilib. Layihə hər iki dövlət tərəfindən müsbət qarşılanıb. İndiyədək Azərbaycan tərəfindən beş prinsip təklif olunub, sonra Paşinyanın bu prinsiplərə reaksiyası gəldi. Belə ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqton görüşü zamanı Azərbaycan tərəfi mümkün sənədin növbəti variantını təqdim edib, ABŞ paytaxtından qayıtdıqdan sonra isə Ermənistan nümayəndələri əks təkliflərini təqdim ediblər".
***
“Azərbaycan ilə Rusiya arasında bütün səviyyələrdə aparılan danışıqların intensivliyi iki ölkə arasında aktiv dialoqun sübutudur”.
Mia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündə deyib.
Nazir onu da bildirib ki, bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur: “Bugünkü müzakirələrin əsas mövzusu münaqişədən sonrakı məsələlər, həmçinin üçtərəfli bəyanatların müddəalarının icrası olacaq”.
***
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.
Məlumata görə, görüş Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Qəbul Evində keçirilir/Report.
Lavrov görüşdə deyib ki, Rusiya Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədin delimitasiyasına və sülh müqaviləsinin imzalanmasına yardım etmək niyyətindədir.
O bildirib ki, Rusiya həm nəqliyyat əlaqələrinin açılmasına, həm sərhədin delimitasiyasına, həm sülh müqaviləsinin bağlanmasına və ümumilikdə, ictimai strukturlar, politoloqlar və parlamentarilər arasında əlaqələrin inkişaf etdirilməsi yolu ilə etimad tədbirlərinin gücləndirilməsinə hərtərəfli töhfə verməkdə maraqlıdır.
***
Xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb.
Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşünün keçirilməsi və ikitərəfli tədbirlərdə iştirakı nəzərdə tutulur.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasındakı görüşdə müzakirə olunacaq mövzular açıqlanıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, o cümlədən regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
XİN qeyd edib ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir: “Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda yüksələn xətlə inkişaf edir. Gündəlik birgə iş bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur”.
İspaniyada meşə yanğını: 2 nəfər yanaraq ölüb
Ağcabəddə 18 yaşlı gənc kanalda boğulub
Türkiyədə iş adamı və arvadı təyyarə qəzasında öldü
"Kurtlar Vadisi"nin "Cevat"ı öldü - "Rahat yat, qardaş!"
Almaniya kansleri vacib sualdan yayındı - "Bu, qəbuledilməzdir"
İran: "Nüvə sənayesini bombalamaqla məhv etmək olmaz" - "Güclü deyilsinizsə, sağ qala bilməzsiniz"
Azərbaycan və Özbəkistan prezidentləri görüşüb, yeni sənədlər imzalanıb - FOTOLAR (YENİLƏNİB)
Yekaterinburqda daha bir Azərbaycan vətəndaşı həbs olunub
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - DETALLAR
Qəzzada son 24 saatda 142 nəfər öldürülüb
"Beşiktaş" bəyənmədi - "Liverpul"la anlaşdı
RƏSMİ BAKIDAN RUSİYA XİN və SƏFİRLİYƏ CAVAB: "Vəziyyəti daha da gərginləşdirən addmlar atmayın"
"Azneft" Istehsalat Birliyi ləğv olunur? - Komitə sədri "Görəsən, işçilər bu dəfə hansı dili öyrənəcək?", - deyə sual edir
Xüsusi icra məmurları ilə bağlı yeni qanun hazırlanır
Əminə Ərdoğan Roma Papası ilə görüşüb - FOTO
Ərzurumda zəlzələ olub - 4,1 bal gücündə
İsrail ordusu Ramallahda evləri dağıdıb
"Beşiktaş" klubu məşhur italyan hücumçu ilə vidalaşıb
Vəkil bürolarında yoxlama olub
KTN-in işçiləri rüşvət alıblar
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşüb
RUSİYA SƏFİRİ XİN-ə ÇAĞIRILDI - Rəsmi Bakıdan moskvaya etiraz
DAHA ÜÇ İTKİN DÜŞMÜŞ ŞƏHİDİN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİ - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Moskvanın Cənubi Qafqaz siyasəti və... - TƏHLİL
Bakıda böyük söküntü işi başlayır - YENİ KOMİSSİYA YARADILDI
Filippində güclü yanğın... - Minlərlə insan evsiz qalıb
Yunanıstanda məhbuslar qiyama qalxıb - Həbsxana yandırılıb
Ərdoğanı təhqir edən 42 nəfər tutulub - "Heç kim nifrət və təxribat zəhərini küçələrə daşıya bilməz"
Kəbirə-Tibb Mərkəzi satılıb
Politoloq Azər Qasımlı hakim qarşısına çıxarıldı
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
“Arxamızda güclü dövlətimiz və rəhbərimiz var" - ŞIXLINSKİ SAXLANILMASINDAN DANIŞDI
Sabah hava necə olacaq? - Proqnoz
Serj Sarqsyan həbs təhlükəsiylə üzləşib
Nazir böyük islahata hazırlaşır: mərkəzlərin əsasnaməsi dəyişir, bir çox şöbə və sektorlar ləğv olunacaq
“Bəylər Eyyubovu çoxdan tanıyıram, o..." - Sabiq nazir
Lisey və gimnaziyalara keçiriləın imtahanda saxtakarlıq iddiası... - Valideynlər fakt açıqlayır, nazirlik isə yenə araşdırma vədi verir
Milli Məclis daha bir bəyanat yaydı - "Azərbaycana və Rusiyada yaşayan azərbaycanlılara qarşı..."
ABŞ dünyanı tədirgin etdi: nəhəng döyüş gəmisi İrana yaxınlaşıb - Gəminin peyk görüntüsü yayıldı
Azercell və Azərbaycan Cüdo Federasiyasının “Doğru yol budur” sosial layihəsi beynəlxalq mükafata layiq görülüb
"Azərbaycan bütün hüquqi mexanizmlərdən istifadə edəcək" - "Baş prokurorluq bu cinayət işinin araşdırılmasını özünə borc bilir”