Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü: Ermənistanın davamlı təxribatları müzakirə olunub

Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü: Ermənistanın davamlı təxribatları müzakirə olunub

SİYASƏT

23.09.2022, 09:12

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri qismində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə Ermənistanın təxribatı barədə fikir mübadiləsi aparıb.

Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, nazirlər ATƏT çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bununla yanaşı tərəflər, Ermənistanın davamlı təxribatları, bölgədəki son gərginliyin səbəbi və nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR