Qazi polkovniklə kobud davranan məktəb direktoruna töhmət verildi

img

21-09-2022 [14:26]


"Vətən müharibəsi iştirakçısı, qazi polkovnik Elşən Umarovun övladının təhsilini davam etdirməsi üçün Bakı şəhəri 227 nömrəli tam orta məktəbə müraciəti zamanı məktəb direktoru Sevinc Hüseynova tərəfindən ona qarşı kobud rəftar edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılıb".

Mia.azxəbər verir ki, bu barədə BŞTİ-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Sevinc Hüseynovaya əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, vətəndaş qəbulu qaydalarına uyğun vəzifə funksiyalarını düzgün yerinə yetirmədiyinə, "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozduğuna və müəllim nüfuzuna xələl gətirən hallara yol verdiyinə görə intizam tənbehi kimi töhmət verilib.

Qeyd edək ki, sentyabrın 19-da BŞTİ rəhbərliyi qazi polkovnik Elşən Umarovla görüşüb və övladının təhsili üçün yaradılmış şəraitlə bağlı söhbət aparılıb.

Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

Direktorun qazi ilə kobud davranması barədə ilk məlumatı deputat Etibar Əliyev yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR