"“Şimal axını-2”nin nəqli bərpa edilməyəcək” - Almaniyadan Rusiyaya açıq xəbərdarlıq

img

08-08-2022 [16:28]


“Təbii qazla təminatın vəziyyəti ağır olsa belə, “Şimal axını-2”nin nəqli bərpa edilməyəcək”.

UNIAN xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şoltsun adından hökumətin sözçüsü Şteffen Xebeştrayt bildirib.

Məlumata görə, Rusiyanın “Qazprom” şirkəti faktiki olaraq bir müddət əvvəl “Şimal axını-1”in kəmərlərini faktiki olaraq təmir etməkdən imtina edib. Bildirilib ki, bu, Avropa İttifaqı ölkələrinin bəhs edilən kəmərlə “mavi yanacaq” tədarük edəcəkləri ümidini puça çıxarıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR