Beşikdən məzara qədər... - Elçin Mirzəbəyli yazır
YAZARLAR
29.05.2022, 17:43
Elçin Mirzəbəyli,
Əməkdar jurnalist
***
Elə yazılar var ki, şeir kimi yazılır! Sözlər ürəkdən süzülüb gəlir. Bir anda qarışıq duyğuların fırtınası qopur içində... Barmaqların macal tapıb sevgi, qürur, sevinc, fərəh... dolu, bir-biri ilə qanında, canında, düşüncəndə qol-boyun olan sözləri kompüterin yaddaşına köçürə bilmir. Ürəyin birdən-birə o qədər böyüyür ki, kölgəsinə sığınıb qalırsan...
"Ürəyim dağa döndü" deyimi də sevincdən, fərəhdən vulkan püskürən duyğuların "lava"sından yaranıb yəqin... Yoxsa ürək necə dağa dönə bilər ki? 28 il ürəyimizə çəkilən dağla yaşamışıq... Biz ürəyin dağa dönməsini haradan biləcəkdik? Zəfərə qədər nəyimiz var idisə, yarımçıq idi... Hətta özümüzün, doğmalarımızın ən gözəl günlərində də xoşbəxt ola bilmirdik. Nəsə çatmırdı... Vallah... Hətta günü özünə gün ağlamaqla keçənlərin də, Vətən sevgisi əlinə yenicə qələm alan uşağın cızma-qarasından seçilməyənlərin də ürəkdən sevinə bilmədiklərini hiss edirdim... Toyda-büsatda, masa arxasında deyilən sagliqların torpaqlarımızın işğaldan azad olunması arzusu ilə bitməsinin, tapdaq altında olan yurd yerlərimizin adlarının sıralanaraq "bizimdir" kəlməsinə pərcimlənməsinin, dərdə, acıya dəli kimi qol götürülüb oynanılmasının... səbəbini də indi anlayıram.
Yarımçıq qürurumuzun, sevincimizin, hətta sevgimizin çatışmayan hissələrini şablon sagliqlarla, əttökən mahnılarla, rəqs havaları ilə tamamlamağa çalışırdıq. Amma olmurdu, alınmırdı... Yarımçıqlığının səbəbini anlayanlar özünə qapılıb içində xar olurdu, anlamayanlar isə qol götürüb oynayırdı, mahnı oxuyurdu, sağlıq deyirdi. Son nəticədə isə, anlayanın da, anlamayanın da sevinci yarımçıq qalırdı...
İndi bütün bunları yazmaq bəlkə də çox asandır. Anlamaq da həmçinin...
Uzun illərdən sonra ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə keçirilən hərbi paradı izləyəndə yarımçıqlığımı bir neçə saatlığa olsa da belə unuda bilmişdim. Sonra eyni hissləri sentyabrın 15-də, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə hərbi paradını izləyəndə yaşadım...
Sonra 44 günlük haqq savaşında...
Prezidentin qələbə soraqlı tvitlərində...
Zəfər günündə...
Şuşa bəyannaməsi imzalananda...
Ürəyim dağa döndükdə ürəyimə çəkilən dağlar da Bakı küləyinin hənirtisinə bənd olan qum təpəcikləri kimi uçub gedirdi...
Mayın 28-də, İstiqlal Günümüzdə, Xəzərin sahilindən Bakı səmasına milli birliyimizin, iradəmizin, qürurumuzun, savaş və barış əzmimizin, varlığımızın rəmzlərini çəkən şahinlərimizi, qürurla yanaşı dalğalanan bayraqlarımızı, dünyaya Azərbaycan və Türkiyənin bir-birinə olan sonsuz sevgisini, etimadını nümayiş etdirən liderlərimizi görəndə də eyni hissləri keçirdim, daha doğrusu, hisslərin burulğanına düşdüm.
5-10 il öncə bütün bunların yüzdə birini təsəvvüründə canlandırıb dilə gətirəndə adama dəli kimi baxırdılar. İndi həmin baxış bucağının sahibləri gerçək olublar, mənim kimilər yalan...
Olsun! Əslində bizim, ülkusunə sahib çıxanların SSRİ-nin - şər imperiyasının süqutundan öncə başlayan mücadiləsinin əsas məqsədi də bəsirət gözü qapanmişlara, gözü şimalda, cənubda, kəsəsi, soyuq küləklərin və səmum yellərinin əsdiyi bütün qütblərdə qalanlara haqqın, ədalətin, işığın yolunu göstərməkdən ibarət idi...
İndi gecikmiş etiraflar da ürəyimə yağ kimi yayılır.
Yaşamayanlar bilməz...
... Azərbaycan və Türkiyə prezidentləri “TEKNOFEST Azərbaycan” festivalındakı çıxışlarıyla sözün bütün mənalarında son 18-19 il ərzində kimsəyə sezdirmədən nə qədər böyük, mahiyyətinə görə yüzillərə sığacaq bir mücadilənin içində və önündə olduqlarını açıq şəkildə ortalığa qoydular.
Heç vaxt deyilməyən sözlər deyildi...
Heç vaxt verilməyən mesajlar verildi...
İndi həmin mesajların bir hissəsini öz baxış bucağımdan dəyərli oxuculara təqdim etmək istəyirəm:
Prezident İlham Əliyev: "Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir".
Çox açıq və birmənalı ismarışdır: Əsas yol, istiqamət Türkiyə-Azərbaycan qardaşlığıdır. Yerdə qalan nə varsa bizi bu ƏSAS YOLdan - hədəfdən yayındırmayanadək keçərlidir.
Qoy gözləri orda-burda olanlar, cəmiyyətə yanlış hədəflər göstərənlər, sapdırıcı "kurs"larının iflasa uğraması ilə barışa bilməyənlər ya bu əbədi gerçəkliyi qəbul etsinlər, ya da tör-töküntü baxışlarını da yığışdırıb getsinlər... "nicat" gözlədikləri yerə...
Əslində, bununla bağlı açıq və birmənalı mesaj 2018-ci ildə "Azadlıq" meydanında verilmişdi... O zaman bu mesajdan nəticə çıxarmayanlar NƏTİCƏNİ gördülər. Görüb də anlamayanlar isə bir daha və birdəfəlik başa düşsünlər ki, "biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq". Çünki Azərbaycan və Türkiyə rəsmən strateji müttəfiqdirlər.
Sitat: "Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində.
Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar".
Prezident İlham Əliyevin sözügedən nitqində gənclərə və bütövlükdə soydaşlarımıza, həmvətənlərimizə xitabən səsləndirilən istiqamətverici məqamlar yetərincədir.
Məsələn, Türk dünyasının böyük oğlu, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər haqqında danışan Azərbaycan Prezidenti deyir ki, onun kimi insanlar gənclər üçün örnəkdir, nümunədir: "Həm ALİM, həm vətəndaş, həm TÜRKÇÜ, həm VƏTƏNPƏRVƏR İNSAN. Siz gənclər, Əziz bəyə oxşamağa çalışmalısınız".
Bəzi sözləri bilərəkdən böyük hərflərlə yazdım, anlamayanların gözündən qaçmasın deyə...
Prezident İlham Əliyev öz çıxışında Azərbaycan xalqının 44 günlük müharibədə nümayiş etdirdiyi sarsılmaz birliyi, qətiyyəti, iradəni, Vətən sevgisini konkret zaman kəsiyində özünü büruzə verən emosional reaksiya kimi təqdim etməyə çalışanlara da mesajını çatdırdı və qeyd etdi ki, "xalqlarımız öz milli qürurunu müdafiə etmək, təmin etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar".
Bu o deməkdir ki, Azərbaycan və Türkiyə haqq bildiyi yoldan bir addım da geriyə çəkilməyəcək, istibdadın, zülmün qarşısında keçilməz dağ kimi dayanacaq, bir olacaq, hürr olacaq, iri olacaq, diri olacaqlar!
Allah bu birliyi və birlikdə olmaq əzmini qorusun!
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan və Türkiyə qardaşlığı, birliyi sarsılmazdır! - VAHİD TAĞIYEV YAZIR
Bugün, 17:25 YAZARLAR
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması növbəti sınaqda! - YENİLƏNİR
Bugün, 17:11 İDMAN
-
YAP-da gözlənilməz dəyişiklik - Komitə sədri İdarə Heyətindən niyə kənarlaşdırıldı?
Bugün, 16:53 SİYASƏT
-
Kobaxidze Keşikçidağla bağlı mövqeyini açıqladı: “Biz Azərbaycan və..."
Bugün, 13:04 SİYASƏT
-
Nazir 290 müəllimi təltif etdi - TAM SİYAHI
Bugün, 12:40 GÜNDƏM
-
Sabaha olan hava proqnozu açıqlanıb
Bugün, 12:36 CƏMİYYƏT
-
Bakıda 6 mənzil, rayonda şadlıq evi, villa və mağazalar... - Vəzifədən azad edilən məmurun 12 illik fəaliyyəti yoxlanılır (YENİLƏNİB)
Bugün, 12:03 CƏMİYYƏT
-
Bakıda Gülüstan Sarayında dəbdəbəli toy... - Kutsi də gəldi
Bugün, 11:09 ŞOU-BİZNES
-
Abşeronda yaşayış binasında partlayış: 1 nəfər xəsarət alıb - VİDEO
Bugün, 09:27 CƏMİYYƏT
-
Bakıda tıxaca qarşı daha bir çıxış yolu: gediş-gəlişi asanlaşdırmaq üçün kanat yolu ilə açılacaq - VİDEO
03.10.2026, 23:45 CƏMİYYƏT
-
“Turan Tovuz” - “Fənərbaxça” matçında ara qarışdı - VİDEO (Yenilənib)
03.10.2026, 22:06 İDMAN
-
ABŞ-da mülki təyyarə "yox"a çıxıb
03.10.2026, 21:26 DÜNYA
-
Azərbaycanda bu ərazilərə qar yağır
03.10.2026, 18:24 GÜNDƏM
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs tutulub
03.10.2026, 18:03 KRİMİNAL
-
MAAŞLAR NƏ QƏDƏR QALXACAQ və KİMLƏRƏ ŞAMİL OLUNACAQ? - İqtisadçı detalları sadaladı
03.10.2026, 17:19 İQTİSADİYYAT
-
Rektor 4 ay əvvəl təyin etdiyi müşaviri vəzifədən çıxardı
03.10.2026, 16:55 CƏMİYYƏT
-
Azərbaycan və İran XİN başçıları telefonda danışdı - Nələr müzakirə olunub?
03.10.2026, 15:05 SİYASƏT
-
“Yaşıl ölkə”də dörd gün - İlqar Tağıyev səfər qeydlərini yazır
03.10.2026, 14:33 İDMAN
-
“Ferrum Kapital” QSC-də dəyişiklik olub
03.10.2026, 12:53 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
03.10.2026, 12:44 GÜNDƏM
-
Prezident İlham Əliyev: "Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı..."
03.10.2026, 12:07 GÜNDƏM
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTOLAR
03.10.2026, 11:00 GÜNDƏM
-
Bakıda ərzaq satışı köşkündə 58 yaşlı kişi yanaraq ölüb
03.10.2026, 10:27 CƏMİYYƏT
-
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib - SƏRƏNCAM
03.10.2026, 10:06 GÜNDƏM
-
XİN: "Ortaq kök, dil, tarix və mədəni dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri..."
03.10.2026, 09:46 SİYASƏT
-
Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşdı
03.10.2026, 09:08 İQTİSADİYYAT
-
Millətlər Liqası: 10 oyun oldu, hansı komandalar qalib gəldi? - Türkiyə yenə uduzdu
03.10.2026, 00:46 İDMAN
-
Türkiyədə televiziya kanalı bağlanıb
03.10.2026, 00:03 PRESS
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
03.10.2026, 00:00 CƏMİYYƏT
-
Türkiyə futbolunda ard-arda baş verən qalmaqallı həbslər... - UEFA hərəkətlənib
02.10.2026, 23:44 İDMAN
-
Türkiyəli məşhur aktyorun saatı gündəm oldu - FOTO
02.10.2026, 23:37 ŞOU-BİZNES
-
Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı - VİDEO
02.10.2026, 23:31 GÜNDƏM
-
TFF Okan Buruka 1, Uqoçukvuya isə 2 oyunluq cəzanı təsdiqlədi
02.10.2026, 20:12 İDMAN
-
Mərkəzi Hakimlər Komitəsinin sədrinin səs yazısı yayıldı
02.10.2026, 19:53 İDMAN