Britaniya Türkiyə, Polşa, Estoniya, Litva və Ukraynadan ibarət yeni ittifaq yaratmaq istəyir

Britaniya Türkiyə, Polşa, Estoniya, Litva və Ukraynadan ibarət yeni ittifaq yaratmaq istəyir

DÜNYA

27.05.2022, 10:16

Böyük Britanyanın Baş naziri Boris Conson Avropa İttifaqına alternativ olaraq yeni siyasi, iqtisadi və hərbi birlik yaratmağı təklif edib.

TASS-ın məlumatına görə, Avropa Əməkdaşlığı adlanacağı ehtimal olunan birliyə Polşa, Estoniya, Litva və Ukraynanın qoşulması təklif olunur. Baş nazirin ideyasına əsasən, sonradan ittifaqa Türkiyə də qoşula bilər.

Məlumata görə, Boris Conson bu ideyanı ilə ilk dəfə Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə bölüşüb. Bildirilib ki, iyunun 23-24-də Avropa İttifaqı Ukraynanın quruma üzvülüyə namizədliyini bəyənməzsə, o zaman Volodimir Zelenksi Baş nazirin ideyasına ciddi yanaşa bilər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR