Sabiq deputatla bağlı məhkəmə prosesi davam edir - Zərərçəkənlər ifadə veriblər
KRİMİNAL
26.05.2022, 17:21
Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Məlumaat görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin nümayəndələri çıxış edib.
Zərərçəkmiş Anar Şıxəliyevin nümayəndəsi bildirib ki, R.Cəbrayılova 340 min manat, torpağa çıxarış almaq üçün isə 240 min manat pul verilib: "Lakin həmin pulların sonradan taleyi məlum olmayıb".
Zərərçəkmiş Şəfa Məmmədova isə məhkəməyə təqdim etdiyi mülki iddianın təmin edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımov müdafiə çıxışı edərək R.Cəbrayılovun cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edib.
Daha sonra məhkəmə hökmü digər zərərçəkmişlərin nümayəndələrinin iştirakı ilə çıxaracağını elan edib.
Məhkəmənin növbəti iclası iyunun 2-nə təyin edilib/Report.
İttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaq zamanı R.Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə R.Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, R.Cəbrayılov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Fənərbağça" klubu açıqlama yayıb
Bugün, 14:48 İDMAN
-
İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq
Bugün, 14:47 DÜNYA
-
Okan Buruk: "Bu gün uduzmağın kədərini yaşayırıq"
Bugün, 14:42 İDMAN
-
"Qalatasaray" Prezidenti Dursun Özbek açıqlama verib
Bugün, 14:30 İDMAN
-
Danimarkada qatar toqquşub: 17 nəfər xəsarət alıb
Bugün, 14:19 DÜNYA
-
Türkiyə derbisi: “Qalatasaray” – “Fənərbağça” oyununu kim idarə edəcək?
Bugün, 14:09 İDMAN
-
İranın həmləsi ABŞ donanmasını silkələdi - Admiral "vuruldu"
Bugün, 14:00 DÜNYA
-
“Mən soyadımı dəyişə bilmərəm?" - Vüqar Qurbanovun işdən çıxarılan qohumu soyadını dəyişdi
Bugün, 14:00 GÜNDƏM
-
ABŞ, daha sonra Türkiyə NATO-nu tərk edəcək? - TƏHLİL
Bugün, 13:57 GÜNDƏM
-
Nazirdən iki yeni təyinat: Fərid Məmmədzadə aparat rəhbəri, Elşad Məmmədov müşavir oldu
Bugün, 13:53 CƏMİYYƏT
-
Rəşad Nəbiyev V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Bugün, 13:49 CƏMİYYƏT
-
İran ərəb ölkələrindən BMT-yə şikayət etdi - Bəyanat
Bugün, 13:19 GÜNDƏM
-
Müğənni Rəqsanə haqda qərar verildi - Polis nəzarəti altında olacaq
Bugün, 13:09 ŞOU-BİZNES
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:55 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Qurultay iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Bugün, 12:51 GÜNDƏM
-
Tanınmış rəssamı “Azərbaycanfilm”dəki otağından zorla çıxarılıb? - İddia + AÇIQLAMA
Bugün, 12:44 MƏDƏNİYYƏT
-
“Nar” Kitab Gününü Salyanda qeyd edib - FOTOLAR
Bugün, 12:44 MƏDƏNİYYƏT
-
"YENİ TƏYİNATLAR YOXDUR" - TƏBİB-dən yayılan xəbərə reaksiya
Bugün, 12:41 GÜNDƏM
-
Latviya prezidenti Heydər Əliyev Mərkəzində olub - FOTOLAR
Bugün, 12:36 GÜNDƏM
-
Hörmüz boğazında dəniz minaları… - “Tam təmizlənməsi 6 ay çəkə bilər”
Bugün, 12:29 GÜNDƏM
-
İndoneziya prezidenti: “Hazırda ölkəmiz yaşamaq uğrunda çabalayır”
Bugün, 12:14 İQTİSADİYYAT
-
MKİ əməkdaşlarının şübhəli ölümü - Qonşu ölkədə etiraz artdı, dövlət başçısı ABŞ-a nota verdi
Bugün, 12:05 DÜNYA
-
Latviya prezidentinin Azərbaycana səfəri başa çatıb
Bugün, 11:58 GÜNDƏM
-
Kür daşıb: Zərdabda bir neçə evi və əkin sahələrini su basıb - Rəsmi açıqlama yayıldı
Bugün, 11:23 CƏMİYYƏT
-
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında dəmir yolu xətti çəkilir: “İlin sonunadək iş tamamlanacaq”
Bugün, 11:08 İQTİSADİYYAT
-
Ağstafada 8-ci sinif şagirdi bıçaqlandı
Bugün, 11:03 KRİMİNAL
-
Dünya türkdən niyə qorxur? - Kino, ədəbiyyat və sənətdə qlobal güclərin altşüuru
Bugün, 10:57 MƏDƏNİYYƏT
-
"Yeni Klinika"ya direktor təyin olunub
Bugün, 10:53 GÜNDƏM
-
CENTCOM İran limanlarını bloklayıb: “31 gəmi geri qaytarıldı”
Bugün, 10:41 DÜNYA
-
5 əsrdir yaşayan dahi: Şekspir haqqında bilinməyən 15 fakt
Bugün, 10:41 YAZARLAR
-
Xəzər dənizində zəlzələ olub
Bugün, 10:34 GÜNDƏM
-
Yorulmuş atları güllələdilər - "Sabah" final sevincini yaşaya bilmədi
Bugün, 10:23 İDMAN
-
Uşaqların tərbiyəsi üçün cərimə çıxış yolu deyil - Vahid Tağıyev yazır
Bugün, 10:21 YAZARLAR
-
KTN-də yoxlama: nələr üzə çıxarıldı?
Bugün, 10:00 İQTİSADİYYAT