Əli Əsədov dövlət rüsumu ilə bağlı yeni qərar imzalayıb

img

19-05-2022 [18:15]


Nazirlər Kabineti “Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 27 avqust 2013-cü il tarixli qərarında dəyişiklik edib.

Mia.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun qərarına əsasən, səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.

Baş nazirin imzaladığı digər qərar - “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 21 may 2020-ci il tarixli qərarındakı dəyişikliyə əsasən, dövlət ekoloji ekspertizası rəyinin verilməsi haqqında qərarın qəbul edilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:35 05.07.2022

Ərdoğan İrana gedir