Cəsarət Valehov: "Yeni tədris ilində nümunəvi qaydalar tətbiq olunacaq"

img

28-01-2022 [16:41]


Növbəti tədris ili başlananadək yeni nümunəvi qaydaların təqdimatı olacaq.

Mia.az xəbər verir ki, bu barədə nazirliyin rəsmisi Cəsarət Valehov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər ötən ilin yayından etibarən başlayıb.

O qeyd edib ki, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR