"Regionda davamlı təhlükəsizlik və sabitliyə nail olmağın yeganə yol..." - Ərdoğanla Rəisi müzakirə aparıblar

img

22-01-2022 [23:07]


"Regionda davamlı təhlükəsizlik və sabitliyə nail olmağın yeganə yolu ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsidir".

Bunu İran Prezidenti İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib.

Danışıqlar zamanı ikitərəfli və regional əlaqələr müzakirə edilib. Tərəflər ölkələr arasında əməkdaşlıq və koordinasiya səviyyəsinin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Rəisinin Moskva səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşünə toxunan Ərdoğan səfərin nəticələrinin tezliklə müxtəlif sahələrdə görünəcəyinə ümid etdiyini bildirib və regional təhlükəsizliyə nail olmaq üçün ölkəsinin İrana dəstəyini vurğulayb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı