Bir qrup deputat və QHT rəhbəri Makrona müraciət etdi: "Xanım Pekres və onun bəzi müşavirləri, eləcə də..." - MƏTN/SİYAHI
18-01-2022 [14:25]
Azərbaycanın bir qrup qeyri-hökumət təşkilatı, müstəqil deputatlar, hüquqşünaslar Fransa Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar.
Mia.az xəbər verir ki, müraciətdə Fransada Respublikaçılar Partiyasının prezident seçkilərində namizədi, İl-dö-Frans regionunun prezidenti Valeri Pekresin dekabrın 22-də Mişel Barniye və Brüno Retayyonun müşayiəti ilə Azərbaycanın dünya birliyi, o cümlədən Fransanın tanıdığı beynəlxalq sərhədlərini qeyri-qanuni yolla və gizlicə keçərək Xankəndi şəhərinə səfər etdiyi bildirilib:
"Bu qanunsuz səfər sivil dünyanın qanunlarını kobud şəkildə pozur. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması və hər iki xalq arasında etimadın gücləndirilməsi istiqamətində addımların atıldığı bir zaman xanım Pekresin qeyri-qanuni səfəri və bu səfəri seçki təbliğatının alətinə çevirməsi cəhdi yenicə müharibədən çıxmış və quruculuq işlərinə başlamağa çalışan bölgədə vəziyyəti qəsdən qızışdırmaq və sülh səylərinə zərbə vurmaq məqsədi daşıyır. Seçiciləri səfərbər etmək üçün onun bu addıma ehtiyacı varmı? Lakin heç bir daxili seçki mübarizəsi belə bir davranışa bəraət qazandıra bilməz. Biz bu məsuliyyətsiz addımı qətiyyətlə qınayırıq. Xanım Pekres və onun bəzi müşavirləri, eləcə də erməni diasporunun nümayəndələri mətbuatda və sosial şəbəkələrdə münaqişəyə dini don geyindirməyə çalışırlar və insanların dini heysiyyətləri üzərindən Azərbaycan dövlətinə və xalqına qarşı aşağılayıcı fikirlər səsləndirirlər, bu isə Azərbaycan xalqına qarşı nifrətə açıq çağırışdır. Fransa kimi bəşəri dəyərlər ənənəsinin və dinin siyasətdən ayrılmasının dövlətin təməl daşını təşkil edən bir ölkədə açıq şəkildə bir xalqa qarşı nifrət hissinin aşılanması heç bir mənəvi və universal dəyərlər çərçivəsinə sığmır və bizi çox təəccübləndirir. Onların münaqişəyə dini don geyindirmək cəhdləri səlibçi təfəkkürünə xas davranış kimi qiymətləndirilə bilər. Demək olarmı ki, Fransa maarifçilərinin suveren hüquqi dövləti yenidən obskurantist baxışların basqısına məruz qalır? Xanım Pekres namizəd kimi istədiyi yerə gedə bildiyini deyir. O, əlbəttə, Fransa və Fransanın üzv olduğu Avropa İttifaqının hərəkət azadlığından bəhrələnib istədiyi yerə getməkdə və öz seçki təbliğatını aparmaqda sərbəstdir. Lakin o, Azərbaycana gəlmək üçün Azərbaycanın müvafiq qurumlarına müraciət etməli və ölkə ərazisinə giriş icazəsi almalı idi. Onun belə bir icazə olmadan Azərbaycan ərazisinə gizli keçməsi Azərbaycan qanunvericiliyini, eləcə də Fransanın milli qanunvericiliyinin tələblərini, həm beynəlxalq, həm də ikitərəfli öhdəliklərini kobud şəkildə pozur.
Fransa hər şeydən öncə Ermənistanla Azərbaycan arasında 28 il davam etmiş münaqişənin həll edilməsi üçün yaradılan ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir: "O, həmsədr dövlət kimi tərəflər arasında neytrallığını qorumaq və sülh səylərini dəstəkləmək öhdəliyinə malikdir. Fransa və Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə bir-birinin beynəlxalq sərhədlərini tanıyır, ərazi bütövlüklərinə qarşılıqlı hörməti təsdiqləyir və dostluq münasibətlərini inkişaf etdirirlər. İki dövlət arasında 1993-cü il dekabrın 20-də imzalanan müqavilə dostluq və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir və onların üzərinə beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq öhdəliklər qoyur. Fransanın 1958-ci ildə qəbul edilən konstitusiyasına əsasən, xarici siyasət məsələləri dövlətin mərkəzi hakimiyyətinin müstəsna səlahiyyətlərinə daxildir. Ərazi vahidləri - bələdiyyələr, departamentlər, regionlar - dövlətin xarici siyasəti ilə məşğul ola bilməz və onun beynəlxalq öhdəliklərinə xələl gətirə bilməzlər (Ərazi vahidləri Ümumi Məcəlləsinin L.1115-1 və sonrakı maddələri). Bununla bağlı Fransanın daxili işlər və Avropa və Xarici işlər nazirləri tərəfindən 2018-ci il mayın 24-də NOR/INTB1809792C nömrəli sirkulyar imzalanmışdır. Cənab Prezident, Fransa milli qanunvericiliyinin tələblərini nəzərə alaraq, bu kimi qanunsuz səfərlərin qarısının alınması və gələcəkdə belə halların təkrar olunmaması üçün zəruri tədbirlərin görülməsini xahiş edirik".
Müraciəti imzalayanlar:
1. Tural Gəncəliyev – müstəqil deputat
2. Etibar Əliyev – müstəqil deputat
3. Vüqar Bayramov – müstəqil deputat
4. Zaur Sadıqbəyli – hüquqşünas, Fransa
5. Mayisə Ağamirzəyeva – Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə koordinatoru
6. Yaşar Musayev – Almaniya Azərbaycanlıları Alyansı İdarə heyətinin sədri
7. Rəşad İbrahim – Belçika Azərbaycanlıları Federasiyasının həmsədri
8. Arzu Həsənova – Lüksemburq “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının direktor müavini
9. Əliməmməd Nuriyev – hüquq müdafiəçisi, Konstitusiya Araşdırmalar Fondunun prezidenti
10. Sahib Məmmədov – hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri
11. Çingiz Qənizadə – hüquq müdafiəçisi, Demokratiya və İnsan Hüquqları Komitəsini sədri
12. Zaur İbrahimov – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi ictimai birliyinin sədri
13. Günel Səfərova – hüquq müdafiəçisi, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri
14. Novela Cəfərova – hüquq müdafiəçisi, D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri
15. Səltənət Qocamanlı – hüquq müdafiəçisi, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri
16. Hafiz Həsənov – hüquq müdafiəçisi, Hüquq və İnkişaf İctimai Birliyinin sədri
17. Səadət Bənənyarlı – hüquq müdafiəçisi, "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai Birliyinin sədri
18. Fatma Səttarova – Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatınin sədri, II Dünya Müharibəsi iştirakçısı
19. Rey Kərimoğlu – Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, "Qarabağ Qaziləri" İctimai Birliyinin sədr müavini
20. Ramil İsgəndərli – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri
21. Mayis Əliyev – "Sosial Hüquqların Araşdırılması" ictimai Birliyinin sədri
22. Xalid Kazımov – Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri
23. Xanım Əhmədzadə – “Hüquqşünas Qadınlar Assosiasiyası” ictimai Birliyinin sədri
24. Rəfail Becanov – İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri
25. Səməd Vəkilov – "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri
26. Vüsalə Hüseynli – "İslahatçı qadınlar və innovasiyalar" ictimai Birliyinin sədri
27. Şahin Camalov – “İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun rəhbəri
28. Rafiq İsmayılov – "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru
29. Mehriban Zeynalova – “Təmiz Dünya" Qadınlara Yardım ictimai Birliyinin sədri
30. Kəmalə Ağazadə - “Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri
31. Vüqar Qədirov – Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri
32. Mahirə Əmirhüseynova – “XXI Əsrin Qadınları” ictimai Birliyinin sədri
33. Mehriban Abdullayeva – “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" ictimai Birliyinin sədri
34. Xatirə Vəliyeva – “Xankəndi” məcburi köçkünlərə dəstək ictimai Birliyinin sədri
35. Əbil Zeynalov – “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək“ ictimai Birliyinin sədri
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YANVAR AYINDA KİMİ HANSI SÜRPRİZ GÖZLƏYİR? - Bürclər
"Kimə oxşayacaqsınız ki?" - Röya "Mən yaşaya bilən qızam” deyir
“Bolmart”la Agentlik arasında qalmaqal yaranıb
Bakıda külək binanın fasadını sökdü - VİDEO
Qazsız bayram, süni intellekt əsaslı çökən sistem və ötürülən məsuliyyət... - Osman GÜNDÜZ YAZIR
"Ciddi işlər aparılır" - “Azəriqaz”dan bəzi qaz sayğaclarına pul yüklənməsində yaranan problemə reaksiyalar (YENİLƏNİB)
ADNAN ƏLİZADƏNİN NƏ QƏDƏR SƏRVƏTİ VAR? - Şok rəqəm açıqlandı
Aparıcı Nailə Əkbərova vəfat edib
Hikmət Hacıyev: "Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq"
"Xəbər bizi olduqca kədərləndirdi" - İlham Əliyev
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda administrator gecə klubunun qarşısında öldürülüb
"turbo.az”, "tap.az”, topaz-ın sahibi ən varlı adam oldu
DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ ƏMLAK PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə təsdiqləyici cavab verdi, şirkət isə...(VİDEO) - Yenilənib
"O, məndən yaxşıca istifadə etdi, onun şəxsi həyatına kim qadağa qoyubsa..." - Meyxanaçı Pərviz Türkandan danışdı
Qaz kartlarına niyə pul vurmaq olmur? - Açıqlama
"Təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və..." - Mehriban Əliyeva İlham Əliyevlı birgə fotosunu paylaşdı, mesaj verdi
Sabah Bakıda və Abşeronda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bakıya sulu qar, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
80 yaşlı Misir Mərdanov: "Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda