Azərbaycana gətirilən məhsullarda virus aşkarlanıb
06-12-2021 [16:04]
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan Mia.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il 30 noyabr tarixində “Best Supply Company” MMC, 2021-ci il 3 dekabr tarixində isə “Amotrade” MMC və “Bazarstore” MMC tərəfindən Türkiyə Respublikasından ölkəmizə idxal edilən bibər məhsulu partiyalarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.
Müayinələr nəticəsində ümumilikdə 5 nümunədə qonur qırışıqlıq virusu aşkar edilib. Faktla bağlı respublika ərazisinə idxal edilən təzə bibər məhsulunun bütün partiyalarının qonur qırışıqlıq virusuna görə laborator müayinələrə cəlb edilməsi qərara alınıb. Həmçinin yüksək risk səviyyəsi nəzərə alınmaqla, virus xəstəliyi aşkar ediləcəyi təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq, məhsul ixracatçı ölkəyə geri qaytarılacaq və ya fitosanitar və ekoloji təhlükəsizlik qaydaları əsasında məhv ediləcək.
Qeyd edək ki, qonur qırışıqlıq virusu hazırda Türkiyə də daxil olmaqla, dünyanın bir çox ölkələrində, o cümlədən Almaniya, İspaniya, Niderland və Belçikada yayılmaqdadır. Kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan bu virus bibərlə yanaşı, pomidor, badımcan, kartof və tütün məhsullarına da böyük həcmdə zərər vurur. İnsan sağlamlığına təsir etməyən, lakin fitosanitar riski yüksək qiymətləndirilən və meyvənin əmtəə keyfiyyətini aşağı salmasına görə təhlükəli sayılan bu virus məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Sözügedən xəstəliyə qarşı səmərəli mübarizə metodu olmadığı üçün yoluxmuş bitkinin sağlamlaşdırılması mümkün deyil.
Xəstənin lüt görüntüləri və... - "Cərrah" danışdı + VİDEO
ŞAHİN BABAYEV DAHA BİR VƏZİFƏYƏ TƏYİN OLUNDU - Vüqar Mirzəzadə ilə Toğrul Quluzadə isə...
Dövlət qulluğuna qəbul üçün test imtahanına qeydiyyat başlayıb
Ağdam sakini 58 kq narkotiklə tutulub
"Bayer Leverkuzen" fransalı müdafiəçi ilə müqavilə imzaladı
"İnter" hücumçusunu satır
"Trabzonspor" "PSJ"nin yarımmüdafiəçisi ilə maraqlanır
Baş Prokurorluq Laçında beynəlxalq konfrans keçirir
"Beşiktaş" klubu iki oyunçunu "qaraladı"
"Fənərbağça" Edson Alvarezi transfer edir
"Barselona" oyunçusu ilə müqaviləni uzadıb
Əbülfəz Elçibəyin vəfatından 25 il ötür
Azərbaycan nefti bahalaşıb
"Gaziantep FK" müdafiəçi transfer edib
"Trabzonspor" yeni transferiylə bağlı açıqlama yayıb
İndi ac olanlara kişi deyən tapılmır... - Təbriz VƏFALI YAZIR
"Paris FK" 35 yaşlı qapıçını heyətinə qatıb
İŞIQ və QAZ PULU.. - Sabit tariflər necə və nə vaxtdan hesablanacaq?
Netanyahu: "HƏMAS atəşkəs razılaşmasını qəbul etsə belə, Qəzzanı nəzarətimizə götürəcəyik"
"Qalatasaray" Viktor Nelssonu icarəyə verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mərkəzi Bankın ehtiyatı artıb - 2.1 milyard dollardan çox
Prezident İlham Əliyev Ağdərədə - "Allah o yumruğunuzu çox möhkəm eləsin" - FOTOLAR (Yenilənib)
Xankəndi sakini Bakıda ermənilərin məhkəməsində elə faktları sadaladı ki... - "Ərimin başını kəsdilər" - "Cəlil kişinin hamilə gəlininin isə..."
“Azərsun Holdinq“in daha bir şirkətinin borcu çıxdı - FOTOLAR
AFFA rəsmiləri növbəti təyinat alıblar
Siyəzən rayonunda zəlzələ olub
Təhlükəsizlik Xidmətinə rəis təyinatı oldu
Partiya sədri: "Tikintiyə bu qədər orqan nəzarət edir, amma..." - "Nəyin müqabilində bu qanunsuzluğa göz yubublar?"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ölkədə internet problemi niyə yarandı? - "Delta Telekom"a genişmiqyaslı kiberhücum olub
"Aztelekom" internet problemi ilə bağlı məlumat yaydı
Gəncədə dəmir konstruksiya aşdı - 3 nəfər xəsaərt aldı - FOTOLAR
"Konyaspor" Cekson Muleka ilə müqavilə imzaladı
"Roma" sağ cinah hücumçusunu icarəyə götürüb
Müğənni Rəqsanə İsmayılovaya "yox" dedi - Azı 4 ay həbsdəq alacaq
Ole Qunnar Solskjaer: "Bu həftə diqqətimiz Avropadadır"
Abşeronda ər arvadını öldürüb - Daha sonra isə öz canına qıyıb
"Bornmut" Amine Adli ilə bağlı məlumat yayıb
Serdal Adalı: "Lazımlı transferləri edəcəyik"
İXTİSAS SEÇİMİ: nəticələr nə vaxt elan olunacaq? - AÇIQLAMA