“Haber Global” “İlin xəbər kanalı” seçilib - Türkiyədə

“Haber Global” “İlin xəbər kanalı” seçilib - Türkiyədə

PRESS

22.11.2021, 14:14

V Türkiyə Altın Marka Mükafatının təqdimetmə mərasimi keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə ticarət, iqtisadiyyat, mədəniyyət, incəsənət və media sahəsində müxtəlif kateqoriyalar üzrə ən yaxşılar mükafatlandırılıb.

“İlin xəbər kanalı” nominasiyası üzrə mükafata “Haber Global” telekanalı layiq görülüb. Mükafat “Haber Global”ın xəbər koordinatoru Sərdar Akdoğara təqdim edilib.

O, çıxışında telekanalın belə bir mükafata layiq görülməsinə görə minnətdarlığını bildirib: “Mükafat üçün çox təşəkkür edirəm. Üç ildir yayım həyatımıza davam edirik. İlk gündən hər zaman hər kəsə doğru xəbər çatdırmaq üçün çalışırıq. Bundan sonra da eyni şəkildə davam edəcəyik”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR