"Ermənistan" blokunu təmsil edən deputat mandatından imtina edib

img

22-10-2021 [16:46]


Müxalifətdə olan "Ermənistan" blokunu təmsil edən David Sedrakyan deputat mandatından imtina edib.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə eyniadlı fraksiyanın nümayəndəsi Qeqam Manukyan məlumat verib.

Onun sözlərinə görə, həmkarının mandatdan imtina etməsi şəxsi problemləri ilə bağlıdır.

Qeyd edək ki, D.Sedrakyan Ermənistan Respublika Partiyasının keçmiş deputatı Mqer Sedrakyanın oğludur. M.Sedrakyan vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA