Qəbələdə "Kamaz" 55 yaşlı şəxsi vuraraq öldürüb

img

18-10-2021 [11:37]


Qəbələ rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Hacallı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Kamaz" markalı yük avtomobili 55 yaşlı kənd sakinini vurub. Piyada hadisə yerində ölüb. Məlumata görə, qəza nəticəsində ölən piyada ruhi xəstə olub.

Faktla bağlı araşdırma aparılır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR