Lerikdə avtomobil dərəyə aşıb, sürücü ağır yaralanıb

img

17-10-2021 [20:21]


Lerik rayonunda ağır yol qəzası baş verib.

Hadisə Lerik rayonu ərazisində baş verib.

Belə ki, rayonun Qələbin kənd sakini, 1984-cü il təvəllüdlü Rafael Məmməd oğlu Məmmədovun idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə nəqliyyat vasitəsinin sürücüsü ciddi xəsarət alıb.

Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılib. R.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA