İSTANBULDA MAFİYALARARASI TOQQUŞMA: Kriminal liderə sui-qəsd planının qarşısı alındı, həbslər var

İSTANBULDA MAFİYALARARASI TOQQUŞMA: Kriminal liderə sui-qəsd planının qarşısı alındı, həbslər var

KRİMİNAL

Bugün, 14:17

İstanbulda Sarallar adlı nüfuzlu kriminal dəstəyə qarşı senasiyalı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir k, çoxsaylı sihalılardan ibarət olan dsətənin axtarışda olan lideri Yakup Kerem Saralın təlimatı ilə digər kriminal dəstə lideri Sedat Şahinə qarşı planlaşdırılan sui-qəsd cəhdinin qarşısı alınıb.

Məlumata əsasən, dsətə üzvləri Sedat Şahini tank əleyhinə raketatanla vurmaq istəyib: "İstanbulun Beykoz səmtində planlanan sui-qəsd planının qarsısı alınmaqla yanaşı, dəstənin sərəncamında olan  tank əleyhinə raketatan və sursat, o cümlədən  avtomat silahlar, maşın və motoskletlər aşkarlanaraq götürülüb. Əməliyyat zamanı sui-qəsdçiləri qəsd planından sonra xaricə qaçmağa yardım edəcək  7-si İran vətəndaşı olmaqla 19 nəfər qandallanıb".

İstanbul Baş Prokurorluğundna bildirilib ki, əməliyyat hələ də davam edir: "İstanbul Polis İdarəsi ilə birgə cinayətkar dəstə üzvlərinin digər təmsilçilərinə qarşı əməliyyat-axtarış tədbirləri davam edir"

Xatırladılıb ki, "Sarallar"ın lideri hazırda xaricdə gizlənir: "Yakup Kerem Saral beynəlxalq axtarışa verilib".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR