14 yaşlı qız özünü 9-cu mərtəbədən atıb

14 yaşlı qız özünü 9-cu mərtəbədən atıb

KRİMİNAL

15.10.2021, 10:30

Bakıda yeniyetmə intihar edib.

Mia.az xəbər verir ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində 14 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb.

O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR