Şirvanda bir qrup Vətən müharibəsi iştirakçılarına medallar təqdim edildi - FOTOLAR
04-08-2021 [13:26]
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilən Şirvan şəhərindən Vətən müharibəsi iştirakçılarından bir qrupuna medalların təqdimat mərasimi keçirilib.
Mia.az xəbər verir ki, təqdimat mərasimini Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva açıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda və Vətən müharibəsində qələbəni təmin edən döyüşlərdə rəşadət və qəhrəmanlıq göstərərək həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva qeyd etdi ki, 30 ilə yaxın erməni işğalına və təcavüzünə cavab olaraq Müzəffər Ordumuzun Qalib Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün davam edən əks-hücim əməliyyatlarında Şirvan şəhərindən də müharibəyə səfərbər edilən və orduda xidmət edən yüzlərlə əsgər və zabitlər iştirak etmişdir. Bu Zəfər yürüşündə qəhrəmanlıq göstərərək Qələbənin təmin edilməsində xüsusi xidmətləri olan Ordumuzun hər bir əsgər və zabitinin şücaətləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə layiqincə dəyərləndirilmiş, onlar fəxri adlara, orden və medallara layiq görülmüşlər.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəhər Şöbəsinin rəis müavini Musa Nağıyev, Şirvan şəhər Təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev, Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev çıxış edərək Vətən müharibəsinə Şirvan şəhərindən səfərbər edilən və könüllü döyüşlərə qatılan gənclərin Qələbənin təmin edilməsində xidmətlərindən danışdı. Onlara layiqincə xidmət edib torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərdiklərinə görə təşəkkürlərini bildirdilər.
Müharəbə iştirakçılarının xidmətlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə dəyərləndirilib onlara medallar verildiyinə, diqqət və qayğı göstərildiyinə görə Dövlət başçısına və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Sonra mərasimdə iştirak edən Vətən müharibəsi iştirakçılarına “Füzulinin azad olunmasına görə” medalları təqdim edildi.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva mərasimə yekun vurdu. Müharibə iştirakçılarını bir daha təbrik etdi, onlara öz təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)