DƏVƏ NOXTASI EŞŞƏK QUYRUĞUNA BAĞLANANDA...
25-07-2021 [11:12]
Elxan ŞÜKÜRLÜ
***
Azərbaycan dramaturgiyasının banisi, böyük maarifçi Mirzə Fətəli Axundovun günümüzün reallıqlarıyla səsləşən çox gözəl bir fikri var: “Hünər və ləyaqəti olmadan yüksək dərəcələrə çatmaq heç də şərafət deyil, həqarət və rəzalətdir”.
Bəli, hünər və ləyaqət hissi hər kəsdə olmur. Heç hər kəsdən hünər və ləyaqət gözləmək də doğru deyil. Bu, kökə, genə, tərbiyəyə, yaşadığın həyat tərzinə bağlı bir keyfiyyətdir və dərəcəsi də daha çox kritik anlardakı davranışlarda üzə çıxar, onda həqiqi qiymətini alar.
Sən cəsarət və ləyaqət libasına bürünüb, özünü xalqa böyük şərafət və mövqe sahibi kimi sırıya bilərsən, ancaq gerçək hünər və ləyaqət göstərməyin gərəkli olduğu anda bircə qorxaq və ləyaqətsiz davranışın elə həmin andaca səni tamamilə gözdən salıb kütləvi qınaq və həqarət altına itələyə, rəzil və miskin duruma salar; elə alçalarsan ki, daha heç vaxt alçaqlıqdan çıxa bilməzsən, adını da dəyişib elə “Alçaq” qoyarlar!
Necə ki, uzun illərdir, biz Azərbaycan cəmiyyətində, xüsusən də siyasi səhnəmizdə və mətbuatımızda məhz bunu müşahidə edirik – ləyaqətsizləri və qorxaqları, mənəvi baxımdan sınmış və tükənmişləri dartıb başımıza çıxarıb onları yüksək şərafət, mərifət, mövqe sahibləri, parlaq ziyalılar kimi millətə sırıyır, onlarsa kritik anlardakı rəzil və alçaq davranışlarıyla diyirlənib, yuvarlanıb öz həqiqi yerlərinə-yuvalarına düşür, zibil böcəyitək ancaq çirkabda rahatlıq tapırlar.
Hər kəs elə əvvəldən öz yerində olsaydı, nə gözəl olardı, deyilmi?!
Təəssüf ki, illərdir bu ölkə yerində olmayanların hər yerə qoyulmasının, zorla hər yerə pərçimlənməsinin, dürtüşdürülməsinin yaratdığı dəngəsizliyin, dayanıqsızlığın əziyyətini çəkir! Hər sektorda nə qədər noxtası eşşək quyruğuna bağlanmış dəvəmiz var, bir bilsəniz!
Heç nə yox, məhz budur əsas problemlərmizin qaynağı, dostlar, əmin olun, məhz bu!
Uzağa getməyin, baxın, Azərbaycan mətbuatının halına, durumuna, "qələm əhli", "baş redaktor" deyib də millətə sırıdıqlarımızın davranışlarına, bugünlərdə yaşanan olaylara!
İndiki mətbuatımızın ögey anası - Əli Həsənovun 25 ildə başına daş salıb sonda özünə oxşada bildiyi, öz boyuna biçib yetişdirdiyi Azərbaycan mətbuatının gerçək mənzərəsi hələ heç vaxt indiki kimi aydın görünməmişdi - mağmın, miskin, dişsiz, rəzil və rüsvayçı!
Düzdür, burdakı eşşəklərimiz müqayisədə digərlərindən elə də tərs və çox deyil, ancaq heç vaxt bu qədəri açılıb önə də bağlanmamışdı!
Heç bu qədər zir-zibil, tullantı da bu sektora belə atılmamışdı! İndi gələn bircə dalğa, görün, sahilə nə qədər zir-zibil çıxarıb?! Yığıb qurtarmaq olmaz ki...
Əmin olun, indi bu ögey ana - Əli Həsənov kənardan "övladlarına" baxıb qımışır, o bulaşıq, çirkli əllərini bir-birinə sürtərək sevinir. Bilirsiniz, niyə? Çünki yerinə gələn qorxaq “qırmızışalvar, şanapipik şəhər uşaqları” onun özünə oxşatdığı bu dələduz mətbuatla bacarmır, burdakı zir-zibili, üfunəti təmizləyə bilmir və çıxış yolunu da ya onun etdiklərini olduğu kimi təkrarlamaqda, ya da qorxaqcasına məsuliyyəti öz üzərlərindən atmaqda görürlər. Özü də çox ləyaqətsiz formada!
Baxın, səmimi olmaq, çıxıb hər şeyi dopdoğruca, çılpaqlığıyla demək əvəzinə, əlihəsənovsayağı oyunbazlıqla məşğuldurlar! Guya, şəhid və qazi ailələrini düşünən olublar! Yalançının lap...!
"Vətənpərvərlik yaramazların son sığınacağıdır" deyiləndə, inanın, elə məhz belələri nəzərdə tutulub!
Belə oyunbazlıqlarla Əli Həsənov nə qazandı, nə apardı ki, siz də onu təkrarlayırsınız, ay bədbəxtlər! Görməmişcəsinə yığdıqlarını indi burnundan tökmürlərmi?! O öyündüyü “dəmir qapı”sı hər taqqıldayanda xəstə ürəyi cərrahiyyə masasında titrədiyitək təzədən sürətlə titrəməyə, çırpınmağa başlamırmı?! Adam neçə dəfə ölüb-dirilər?!
Bəs, niyə nəticə çıxarmırsınız o gözü çıxan qardaşınızın halından?! Oyunbazlığa, hoqqabazlığa, yalançı ssenarilərə, şouya nə ehtiyac?
Çıxıb, adam kimi, bircə kəlmə deyərdiniz ki, ədalətli bölgü aparmağa qorxur, cəsarətiniz çatmır, bunu bacarmırsınız, o səbəbdən bu məsuliyyətin altına girmək istəmir və evləri jurnalistlərə paylamırsınız, bina bütövlükdə dövlətin özünə qaytarılır, vəssalam.
Daha şəhid və qazi adlarının altında gizlənib bu eşşək quyruğuna bağladığınız sürünü - jurnalistləri niyə üz-üzə, göz-gözə qoyur, qruplaşdırıb bir-birinə düşmən edir, qırdırırsınız?! Azdır düşməniniz?!
Axı, peşə və həmkar təəssübü çəkmək, düşərgə, səngər yoldaşını düşünmək və onun maraqlarını qorumaq da bir qeyrət və ləyaqət işidir! İndi bunlarda yoxdur bu ləyaqət hissi, qoy, sizdə olsun! Niyə bu jurnalistlərə bu ləyaqətsizliyə imza atdırırsınız?! Sındırılmış və alçaldılmışları bu qədər sındırmaq və alçaltmaqdan nə zövq, nə həzz alırsınız?! Budurmu sizin media islahatınız, media inqilabınız?!
Budursa, o içiboş başınıza dəysin!
Mia.az
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Mask trilyoner olmaq yolunda - Sərvəti 850 milyard dolları ötdü
Türkiyədə qanun dəyişdi: avtoşlar və piyada yolunda skuterlər sürənləri ağır cəza gözləyir
Sabiq deputatdan icra başçısı haqda maraqlı açıqlama: "Adil Vəliyev ad çəkir, deyir ki, bu işin səbəbkarı deyil"
Aqranomun SOROS Fondundan keçən karyerası... - Və ya təhsil sahəsinin "ağır topu"...
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb