Gürcüstan müxalifətinin lideri azadlığa buraxıldı

img

10-05-2021 [17:00]


Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya həbsxanadan buraxılıb.

Bu barədə Baş Prokururluğun vəsatəti əsasında Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.

Baş Prokurorluğun ötəngünkü müraciəti N.Meliyaya qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı olub.

Qeyd edək ki, mayın 8-də Avropa İttifaqı VMHP sədrinin əvəzinə 40 min lari məbləğində girovu ödəyib.

N.Meliya 2019-cu ilin iyunun 21-nə keçən gecə Tbilisidə parlamentin binası qarşısında keçirilmiş kütləvi etiraz aksiyası zamanı qrup halında zorakılıq törətməkdə ittiham olunub. O, girovu ödəməkdən imtina etdiyinə görə fevralın 23-də həbs edilib. Onun həbsi ölkədə siyasi böhranın yaranmasına səbəb olmuşdu/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR