Prezident İlham Əliyev Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzalayıb
GÜNDƏM
16.04.2021, 17:49
Prezident İlham Əliyev Xalq artisti Eldar Tofiq oğlu Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Mia.az xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və ssenarist, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev 2021-ci il aprelin 16-da ömrünün 81-ci ilində vəfat etmişdir.
Eldar Quliyev 1941-ci il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1958–1959-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi işləmiş, 1960–1966-cı illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino rejissoru ixtisası üzrə ali təhsil almışdır.
Eldar Quliyev 1967-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayaraq ömrünün sonunadək burada çalışmışdır. O, 1986-cı ildən “Azərbaycanfilm” kinostudiyası nəzdində “Debüt” eksperimental-gənclik yaradıcılıq studiyasının bədii rəhbəri olmuş, 1999-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının prezidenti seçilmişdir.
Dünya kinematoqrafiyasının nailiyyətlərindən və qabaqcıl təcrübəsindən daim bəhrələnən Eldar Quliyev Azərbaycanın kino salnaməsinə yeni səhifələr yazmışdır. Sənətkarın ideya dərinliyi ilə seçilən, ictimai-siyasi hadisələr fonunda insan mənəviyyatının təhlilini xüsusi diqqətdə saxlayan və xeyirxahlıq, məsuliyyət, humanizm aşılayan zəngin yaradıcılığı mədəniyyətimizin qızıl fondunda layiqli yer tutur. Eldar Quliyevin “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək” və “Nizami” kimi parlaq ekran əsərləri, eləcə də çox sayda digər bədii və sənədli filmləri Azərbaycan kinematoqrafiyasının nailiyyətləridir.
Məzmun rəngarəngliyi və mövzu aktuallığı, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Eldar Quliyev sənətinin özünəməxsus cəhətlərini təşkil edir. Yaradıcılıq palitrası rəngarəngliyi ilə səciyyələnən sənətkar tamaşaçını ayrı-ayrı dövrlərin müasirinə çevirməyi bacarırdı. Onun xalqımızın keçmişinə ehtiram ifadə edən tarixi filmlərinin milli-mənəvi dəyərlərimizin təbliğində və gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyəsində əhəmiyyətli rolu vardır.
Böyük rejissorluq məharəti Eldar Quliyevə ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət gətirmişdir. Onun quruluş verdiyi, həmçinin ssenari müəllifi olduğu filmlər beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil etmiş, sənətşünaslar və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Eldar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, rejissorların bir neçə nəslinin yetişdirilməsi işində qüvvəsini, bilik və bacarığını əsirgəməmişdir. Onun sənət yolu gənc kinematoqrafçılar üçün bundan sonra da örnək olacaqdır.
Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adlarını almış, respublika Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.
Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Eldar Tofiq oğlu Quliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Anar Kərimov
Emin Əmrullayev
Şəfiqə Məmmədova
Anar Rzayev
Fərhad Xəlilov
Azər Paşa Nemətov
Oqtay Mirqasımov
Rasim Balayev".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Adımız var, səlahiyyətimiz yoxdur” – Deputatlar həmkarlarının bu fikri ilə razılaşır, yoxsa...? (AÇIQLAMALAR)
Bugün, 00:27 SİYASƏT
-
Bakıda kütləvi dava - Üç nəfər bıçaqlandı, saxlanılanlar var (YENİLƏNİB)
Bugün, 00:18 KRİMİNAL
-
RUSİYALI MİLYARDER və XANIMININ DÖYƏ-DÖYƏ ÖLDÜRÜLMƏ SİRRİ ÇÖZÜLÜR - Dubayda filməbənzər hadisənin izi "Vaqner"ə qədər uzanır
Bugün, 00:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Nurməhəmmədovun həbsinə səbəb olan dava... - Təfərrüat açıqlandı
13.11.2026, 23:44 İDMAN
-
Leyla Əliyeva Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak etdi - Türkiyədə + FOTOLAR
13.11.2026, 21:48 SİYASƏT
-
Bu dəfə Sergen Yalçının saatı gündəm oldu - Qiyməti 300 min dollar + FOTO
13.11.2026, 21:33 İDMAN
-
"Axios" yazır: "Mossad" rəhbəri Vaşintonda - İrana hücum başlayır?
13.11.2026, 21:19 DÜNYA
-
“Meydan” TV-nin həbsdə olan əməkdaşı əməliyyat olunub
13.11.2026, 21:05 PRESS
-
Tələbələri şantaj edən 25 yaşlı şəxs saxlanıldı - VİDEO
13.11.2026, 19:52 KRİMİNAL
-
“Atəşgah Sığorta” sığortaolunana fırıldaq gəlmək istədi, məhkəmə "dur" dedi
13.11.2026, 19:30 İQTİSADİYYAT
-
Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər təsdiqlənib
13.11.2026, 18:19 GÜNDƏM
-
Departamentin müdir müavini nazirə elə müraciət etdi ki... - "Barəmdə Sizə qeyri-obyektiv və birtərəfli şəkildə məlumat təqdim edilməsi və..." (FOTOLAR)
13.11.2026, 18:06 CƏMİYYƏT
-
Müdafiə Sənayesi Nazirliyinin strukturu ilə bağlı qərar verildi
13.11.2026, 18:01 GÜNDƏM
-
Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb
13.11.2026, 17:52 KRİMİNAL
-
Suriya Prezidentinin xanımının inanılmaz yüksəlişi... - FOTOLAR
13.11.2026, 17:36 DÜNYA
-
Pələng əkin sahəsində 19 yaşlı gənci parçaladı
13.11.2026, 17:23 DÜNYA
-
"Asan Xidmət" Mərkəzinin qarşısında hamilə qadın bıçaqlanıb
13.11.2026, 17:17 KRİMİNAL
-
Abdal-Gülablı Şəhidlərinin abidə kompleksinin açılışı olub - Açıqlama + VİDEOLAR
13.11.2026, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
13.11.2026, 17:00 İQTİSADİYYAT
-
Bakıda "Mustafa Kamal Atatürk- Türk Dünyasının Əbədi Lideri" adlı kitabın təqdimat mərasimi keçiriləcək - Bu tarixdə
13.11.2026, 16:48 PRESS
-
Yeni Partiyanın ilk Qurultayı... - Tarix bəlli oldu
13.11.2026, 16:45 SİYASƏT
-
Elman Sultanov istefaya göndərildi
13.11.2026, 16:32 İDMAN
-
Azercell-in 30 il səninlə lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
13.11.2026, 16:24 İQTİSADİYYAT
-
"55 yaşında insan balet oynaya bilərmi?" - Fərhad Bədəlbəyli sənətkarların pensiya təminatına diqqət çəkdi
13.11.2026, 16:16 MƏDƏNİYYƏT
-
Azərbaycan BƏƏ-yə başsağlığı verib
13.11.2026, 16:11 SİYASƏT
-
44 yaşlı tiktoker cərimələndi
13.11.2026, 16:04 KRİMİNAL
-
Anar: "O pullar Yazıçılar Birliyinə qaytarılmalıdır"
13.11.2026, 15:52 PRESS
-
GENERALIN QIZI İLƏ GENERAL-MAYOR ARASINDA NİFAQ BÖYÜYÜR
13.11.2026, 15:38 GÜNDƏM
-
İcra başçısı "TikTok"da onu təhqir edən şəxsi tutdurdu
13.11.2026, 15:15 KRİMİNAL
-
Vəkillər Kollegiyasından bir vəkil xaric olunub
13.11.2026, 15:08 CƏMİYYƏT
-
Havanın temperaturu 10 dərəcəyədək enəcək - Xəbardarlıq
13.11.2026, 14:56 GÜNDƏM
-
Məktəblərdə beşgünlük payız tətili başlayır
13.11.2026, 14:50 CƏMİYYƏT
-
İsrail Ordusu Livana hücuma başlayıb
13.11.2026, 14:26 DÜNYA