"Başını kəsəcəyik” - Deputat ölümlə hədələndi

"Başını kəsəcəyik” - Deputat ölümlə hədələndi

SİYASƏT

10.04.2021, 12:14

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri, Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural Gəncəliyev Ermənistan parlamentinin əməkdaşı Lilit Gyozalyanın təhdidinə məruz qalıb.

Mia.az xəbər verir ki, bu barədə Tural Gəncəliyevin özü məlumat verib.

Bildirib ki, Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı onu “həbsxanada başını kəsəcəyik” hədəsi ilə təhdid edib:

"Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobia və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR