Siyasi elmlər doktoru: "Rusiya sülhməramlıları inamsızlıq mühitindən çıxmalıdırlar"
SİYASƏT
09.04.2021, 17:34
“Bu gün artıq heç kim üçün sirr deyil ki, İkinci Qarabağ müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı möhtəşəm hərbi-siyasi Qələbənin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatından irəli gələn vəzifələrin icrasında tərəflərin hər birinin üzərinə böyük məsuliyyət düşür və onlar öz missiyalarını yerinə yetirmək üçün tələb olunan addımları atmalıdırlar. Sözügedən Bəyanatın imzalanmasından ötən 5 ayda daim gündəmdə olan məsələlər arasında “Rusiya sülhməramlıları özlərinin sülhyaratma missiyalarını düzgün yerinə yetirirlərmi”, “Bəzi aparıcı dövlətlər və bir sıra beynəlxalq təşkilatlar Ermənistanın ərköyünlüyünə niyə susurlar”, kimi suallar xüsusi yer tutur. Təəssüf ki, 44 günlük savaşda biabırçı məğlubiyyətə uğrayan işğalçı Ermənistan və regionumuzda sülhyaratma missiyasını öz üzərinə götürən Rusiya, eyni zamanda, dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar postmüharibə dövrünün reallıqlarına konkret mövqe sərgiləmirlər. Günümüzün reallığı budur ki, məğlub durumda olan Ermənistan hakimiyyəti havadarlarının dəstəyinə arxalanaraq yenə də beynəlxalq humanitar hüququn tələblərinə məhəl qoymur. Təcavüzkar dövlət nümayişkaranə şəkildə işğaldan azad edilmiş torpaqlardakı minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir, aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar isə Ermənistanın, necə deyərlər, bu cığallığı fonunda susmaqda davam edirlər. Şübhəsiz, həmin aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan ərazilərini işğalda saxladığı 30 ilə yaxın müddətdə bu tipli susmaların regionu hansı faciələrə sürüklədiyini, yalnız Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı qazandığı tarixi Zəfərin Cənubi Qafqaz məkanında yeni reallıqlar yaratdığını bilməmiş deyillər. Amma bütün bunları bildikləri halda yenə də Ermənistanın bu kimi destruktiv addımlarını durdurmaq üçün beynəlxalq hüququn onlara verdiyi imkanlardan istifadə etməyə tələsmirlər.”
Mia.az xəbər verir ki, bu fikirləri ”İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatla Azərbaycan Ordusunun döyüş meydanında Qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirildi: “Məhz bu reallığın fonunda tərəflərə münasibətdə sırf bitərəflik
nümayiş etdirməli olan Rusiya sülhməramlılarının sual doğuran fəaliyyəti bir daha belə bir xatırlatmanı zəruri edir ki, bütün sülhməramlı missiyalar öz fəaliyyətlərində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanmalı, münaqişə bölgələrində yalnız sülhün və təhlükəsizliyin təmin edilməsinə çalışmalıdırlar. Başqa sözlə, tərəflərə münasibətdə qərəzsizlik və neytrallıq nümayiş etdirmək, əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərmək sülhməramlıların başlıca vəzifəsi olmalıdır. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində məhz bu vəzifələri yerinə yetirmək üçün yerləşdiriliblər. Daha dəqiq ifadə etsək Rusiya sülhməramlıları heç bir halda öz mandatlarından kənara çıxmamalı, birgə Bəyanatda nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etməlidirlər. Bəs bu gün biz reallıqda hansı mənzərəni görürük? Rusiya sülhməramlıları ötən müddətdə özlərinə qarşı etimad mühitini formalaşdıra biliblərmi? Düşünmürük ki, bu sualı cavablandırarkən sadəcə “hə” demək mümkündür. Ona görə ki, son vaxtlar Rusiya sülhməramlılarının öz mandatlarının tələblərini aşmaları tez-tez müşahidə olunmaqdadır. Xüsusilə Rusiya sülhməramlılarının Ermənistanın ayrı-ayrı dövlət və hökumət rəsmilərinin, o cümlədən nazirlərin Xankəndinə fasiləsiz qanunsuz səfərlərinə şərait yaratmaları, erməni qadınlarına 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə gül dəstələri ilə bayram təbriklərinin çatdırılması və xoş arzuların ifadə edilməsi, qondarma rejimin qondarma və cinayətkar, quldur “rəhbərləri” ilə mütəmadi görüşlər və digər hallar diqqətdən kənarda qala bilməz.”
Baş redaktor diqqəti Vətən müharibəsindən sonra dövlətimizin başçısı İlham Əliyevin ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini onların xahişləri əsasında qəbul edərkən səsləndirdiyi fikirlərə, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ünvanladığı mesajlara yönəldərək bildirib ki, həmin görüşdə Müzəffər Ali Baş Komandan sülhməramlıların fəaliyyətə başlamasından geniş bəhs edərək erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırılan terrorçular tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə terror aktlarının həyata keçirilməsi cəhdlərinin ciddi narahatlıq doğurduğunu önə çəkmişdir. Cənab İlham Əliyev bəyan etmişdir ki, Ermənistan Azərbaycanla yenidən müharibəyə başlamağa heç bir halda cəhd etməməlidir. Əgər erməni faşizmi yenidən baş qaldırarsa, onun başını dəmir yumruqla əzəcəyik.
“Təbii ki, bu kimi halların yenidən baş verməməsi üçün 10 noyabr Bəyanatını imzalayan dövlətlərin öz məsuliyyətləri vardır” söyləyən baş redaktor qeyd edib ki, Azərbaycan tərəfi üzərinə düşən vəzifəni layiqincə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun yerinə yetirir. Azərbaycan
və Rusiya prezidentləri arasında mütəmadi telefon danışıqları olur, bölgədəki mövcud vəziyyət, perspektivlər müzakirə edilir: “Lakin bütün bunlara baxmayaraq, işğalçı dövlət yenə də hər vəchlə Bəyanatdan irəli gələn vəzifələrin icrasından yayınmağa çalışır. Təcavüzkar dövlətin bu özbaşınalığına təcili son qoyulmalı, beynəlxalq təşkilatlar Bəyanatda əksini tapan Böyük Qayıdış proqramının uğurlu icrasında ilkin mərhələ olan minalardan təmizləmə prosesinin qısa zamanda başa çatmasına yardımçı olmaq məqsədilə minalı sahələrin xəritəsinin Azərbaycana verilməsi üçün Ermənistana təzyiq göstərməlidirlər.”
V.Rəhimzadə, həmçinin diqqəti ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqlandın etiraflarına yönəldib. Bildirib ki, bu etiraflar Azərbaycan dövlətinin 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi barədə ən yüksək tribunalardan səsləndirdiyi fikirləri bir daha əyani surətdə təsdiq edir: “Vətən müharibəsindən sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac varmı” kimi suallar gündəmin müzakirə mövzularıdır. Düşünmürük ki, sabiq həmsədrin məlum etiraflarından sonra qurumun fəaliyyətinə hansısa dərəcədə inam qalsın. Ümumiyyətlə, hesab edirəm ki, Müzəffər Azərbaycan Ordusunun 44 gün müddətində çözdüyü münaqişənin həlli prosesinin 30 il uzadılması ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının aydın mənzərəsini yaradır. Amma qurumun fəaliyyətsizliyini və bunu şərtləndirən amilləri həmsədr ölkənin təmsilçisinin dilindən eşitmək daha ciddi düşünməyə çağırış edir. Bu etirafların davamlılığı Minsk qrupunun tərkibinin dəyişdirilməsi məsələsini yenidən gündəmə gətirə və quruculuq-bərpa dövrünün reallıqlarına uyğun olaraq qarşıya daha yeni vəzifələr qoya bilər. R.Hoqlandın etiraflarında da bu fikir öz əksini tapır ki, gördüyümüz işlər və o işlərin yerinə yetirilmə forması haqqımızdakı stereotiplərə tam uyğun idi. Həmin etirafda bu məqam da yer alır ki, Qarabağ münaqişəsi sadəcə, Azərbaycanla Ermənistan arasındakı problem deyil. Bu münaqişə əslində üçtərəfli, Rusiyanın əhəmiyyətli, hətta bəlkə də həlledici rol oynadığı məsələdir. Bu etiraf kontekstində deyə bilərik ki, Rusiya dövləti yalnız sülhməramlıların missiyalarından kənar fəaliyyətlərinin qarşısını almaq istiqamətində sərt addımlar atmaqla düzgün, ədalətli mövqeyə yol aça bilər. Etimadın növbəti addımlar üçün əsas amil olduğuna söykənərək deyə bilərik ki, Rusiya sülhməramlıları bu qiymətləndirməyə o zaman sahib ola bilərlər ki, tərəflərə münasibətdə neytral mövqe nümayiş etdirib yeni əməkdaşlıq formatlarının yaranması, regionda daimi sülhün təmin olunması üçün səylərini artırsınlar.”
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qrinvud: "Matçı 3-0, 4-0 hesabı ilə qazana bilərdik"
Bugün, 00:40 İDMAN
-
TÜRKİYƏDƏ PARTİYA BİNASI İLƏ REDAKSİYA OFİSİ ATƏŞƏ TUTULUB
Bugün, 00:17 SİYASƏT
-
Türkiyə klubu ilə müqaviləyə son anda imza atmaqdan imtina edən məşhur hücumçu La Liqada "fırtına" yaradır
Bugün, 00:16 İDMAN
-
İsmayıl Kartal istefasına belə izah verdi: "İndi heç bir problem yoxdur, davam edirik"
Bugün, 00:10 İDMAN
-
Özgür Özəl növbəti problemlə üzləşib - Partiyanın adı dəyişəcək?
Bugün, 00:03 SİYASƏT
-
BU GÜNDƏN DƏRSLƏR BAŞLAYIR
Bugün, 00:01 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Rusiya və Ukrayna razılığa gəlib: dünyada yanacağın qiyməti enəcək? - Tramp "Onlar daha bir-birinin enerji sahələrini vurmayacaq" deyir
14.09.2026, 22:29 GÜNDƏM
-
Əhməd İsmayılov Türkiyə Prezident Administrasiyasının rəsmisiylə müzakirə aparıb - FOTOLAR
14.09.2026, 21:53 PRESS
-
Ərdoğan partiya sədrini qəbul etdi
14.09.2026, 21:40 DÜNYA
-
İlham Əliyev 500 min dollarlıq mükafatını bu Fonda köçürdü - Prezidentin Mətbuat xidməti məlumat yaydı
14.09.2026, 19:42 GÜNDƏM
-
Sergen Yalçından Arda Gülərə xəbərdarlıq: "Amandır, ona baş qoşma, səni də yandıra bilər"
14.09.2026, 19:03 İDMAN
-
Bakıda azyaşlının ölümü... - Prokurorluq araşdırma aparır
14.09.2026, 18:54 KRİMİNAL
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul etdi, yeni sənədlər imzalandı - FOTOLAR
14.09.2026, 18:14 GÜNDƏM
-
Bakıda söküntü ərazisindən meyit tapılıb
14.09.2026, 18:04 CƏMİYYƏT
-
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker barədə məhkəmə qərar verdi - Həbs edildi
14.09.2026, 17:56 PRESS
-
"TikTok"da ödəniş sistemlərini təqlid edən altı sayt və onları yayan hesablar aşkarlanıb
14.09.2026, 17:50 İQTİSADİYYAT
-
Bir vaxtlar onu milyonlar izləyirdi, indisə pomidor əkir, qarpız yetişdirir
14.09.2026, 17:37 İDMAN
-
MƏMURLARIN DİQQƏTİNƏ: Sabahdan Bakı və ətrafında iş rejimi dəyişir - DETALLAR
14.09.2026, 17:31 GÜNDƏM
-
Əli Əsədov elektron ticarətlə bağlı yeni qərar imzalayıb
14.09.2026, 17:20 İQTİSADİYYAT
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi - DETALLAR (YENİLƏNİB)
14.09.2026, 17:12 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
14.09.2026, 17:00 İQTİSADİYYAT
-
AZAL-da daha bir əcnəbi təyinatı oldu: o, kimdir və yerli mütəxəssisləri nə gözləyir? (FOTO)
14.09.2026, 16:26 CƏMİYYƏT
-
"Kurtlar Vadisi" serialının ssenaristləri prokurorluğa belə gəldi - MİT zabitinin şübhəli ölüm işi böyüyür (Yenilənib)
14.09.2026, 16:26 SİYASƏT
-
AZƏRBAYCANDA BU MƏKTƏBLƏR BAĞLANACAQ - Nazir anons verdi
14.09.2026, 15:58 GÜNDƏM
-
"Səbail" klubunun keçmiş icraçı direktoru mətbuat katibi təyin olunub
14.09.2026, 15:47 PRESS
-
Əhdiman və dostu qalmaqallı videoya görə saxlanıldı (Yenilənib)
14.09.2026, 15:43 PRESS
-
Emin Əmrullayev: "Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq"
14.09.2026, 15:34 CƏMİYYƏT
-
BAKIDA DAHA BİR DƏBDƏBƏLİ TOY: SOCAR-da işləyən qızın toyuna türkiyəli müğənnilər də gəlib + VİDEO, FOTOLAR
14.09.2026, 15:25 MƏDƏNİYYƏT
-
"Trabzonspor" sağı göstərib, solu vurdu - Şenol Günəşlə deyil, italiyalı məşqçi ilə masaya oturdular
14.09.2026, 15:17 İDMAN
-
Böyük Britaniya parçalanmaya doğru: Şotlandiya, Uels və Şimali İrlandiya liderləri tarixi razılaşmaya imza atdı - FOTOLAR
14.09.2026, 15:08 GÜNDƏM
-
"Fənərbağça"nın sabiq baş məşqçisi Kartalı "sökdü": "Görəcəksən, Əziz Yıldırım səni zövqlə qovacaq"
14.09.2026, 14:55 İDMAN
-
Anar və Firəngiz Əlizadədən Şəfiqə Məmmədovaya dəstək: “Bu vəzifəyə layiqdir”
14.09.2026, 14:40 MƏDƏNİYYƏT
-
“13 il sonra onu dəmir barmaqlıqlarda gördüm” - Şilderin anası + VİDEO
14.09.2026, 14:19 CƏMİYYƏT