Daha bir qurumda mətbuat katibi dəyişdi - Aytac Bağırlıya yeni vəzifə verildi

img

06-03-2021 [16:40]


Heydər Əliyev Sarayının Mətbuat xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.

Məlumata görə, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun əmri ilə Mətbuat xidmətində mətbuat katibi vəzifəsinə Aytac Zaur qızı Bağırlı təyin olunub.

Qeyd edək ki, Aytac Bağırlı “Baku-Oxford-School” məktəbində təhsil alıb. 2016-2020-ci illərdə ADA Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr pilləsini, 2020-ci ildə “Yale” Universitetində, Harvard Universitetində, Kaliforniya Universitetində və London Universitetində bir sıra kurslar bitirib. İngilis, fransız və rus dillərini bilir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR