Azərbaycan və Qazaxıstan arasında quyuların qazılması üzrə müqavilə imzalanıb
İQTİSADİYYAT
26.02.2021, 17:33
Əsas payı SOCAR-a məxsus olan "Caspian Drilling Company" (CDC) şirkəti və Qazaxıstanın "KazMunayGas" milli şirkətinin törəməsi olan "KMG Drilling & Services" arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Satti" qurğusu vasitəsilə quyuların qazılmasına dair müqavilə imzalanıb.
Bu barədə "KazMunayGas"ın açıqlamasında deyilir.
Məlumata görə, söhbət SOCAR və BP tərəfindən birgə kəşfiyyat işlərinin aparıldığı ərazidən gedir.
Qeyd edək ki, hazırda BP şirkəti dayazsulu "Abşeron" (SWAP) perspektiv sahədə ilk kəşfiyyat quyusunun qazmasına hazırlaşır. Quyunun qazılmasına 2021-ci ilin II rübündə başlamağa planlaşdırılır.
Xatırladaq ki, sözügedən sahədə qazma işləri Azərbaycana gətirilən Qazaxıstanın "Satti" qazma qurğusundan aparılacaq. Hazırda qurğuda SWAP layihəsi çərçivəsində işlərə başlamaq üçün modifikasiya işləri aparılır.
Ümumiyyətlə, dayazsulu "Abşeron" perspektiv sahəsində qazılacaq 3 kəşfiyyat quyularının dərinliyi 3-4 min metr arasında olacaq, quyular suyun 6-10 metr dərinliyində qazılacaq. SWAP layihəsi üzrə neft ehtiyatlarının olması ehtimal edilir.
Qeyd edək ki, SOCAR və "KazMunayQaz" milli şirkəti arasında 26 yanvar 2019-cu il şəhərində imzalanmış "Qarşılıqlı əməkdaşlıq haqqında" Memorandum çərçivəsində, Azərbaycanın qazma operatoru CDC və Qazaxıstanın "KMG Drilling & Services" şirkəti arasında 16 fevral 2019-cu il tarixdə Astana şəhərində "Satti" özüqalxan üzən qazma qurğusunun etibarlı idarəetməyə verilməsinə dair müqavilə imzalanıb. Qurğu Bakıya bu ilin iyununda gətirilib.
Qazma qurğusunun BP və SOCAR-ın birgə istismar etdiyi "Abşeron" (SWAP) strukturunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur/APA.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
UEFA Millətlər Liqası: Türkiyə yenə uduzdu
Bugün, 00:44 İDMAN
-
Arvadının barəsində korrupsiya ittihamı olan Baş nazir siyasi karyerasını "qumar"a qoydu - Növbədənkənar seçkiyə qərar verildi
Bugün, 00:40 DÜNYA
-
Məşhur model tədbirə velosipedlə getdi - Əvvəl təmizlədi, sonra əlcək taxtdı (FOTO)
Bugün, 00:12 ŞOU-BİZNES
-
TÜRKİYƏ VƏ PAKİSTAN ƏR-RİYADA HƏRBİ BÖLMƏLƏR YERLƏŞDİRİR - Husilərə qarşı yeni plan işə salınır?
Bugün, 00:07 GÜNDƏM
-
Hakim həbsindən əvvəl məhkəmədə nə deyib? - İfadəsi yayıldı
Bugün, 00:03 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Ankaradan qalxan sərnişin təyyarəsində bomba həyəcanı qorxu yaratdı
05.10.2026, 23:55 GÜNDƏM
-
QARA DƏNİZDƏ MÜBARİZ MƏNSİMOVUN GƏMİSİ VURULDU: ölən və yaralananlar var - VİDEO (YENİLƏNİB)
05.10.2026, 22:33 GÜNDƏM
-
Ceyhun Bayramovla ABŞ Dövlət katibi telefonda danışdı: strateji tərəfdaşlıq münasibətləri, Azərbaycan-Ermənistan normallaşma prosesi və... - XİN açıqladı
05.10.2026, 20:44 GÜNDƏM
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR
05.10.2026, 18:36 GÜNDƏM
-
Generalla bağlı qərar verildi
05.10.2026, 18:30 SİYASƏT
-
Azərbaycan Hərbi Dəniz Qüvvələri Pakistanda təlimdə - FOTOLAR
05.10.2026, 18:03 GÜNDƏM
-
"Qalatasaray" 8 futbolçu ilə yol ayrıcında: hansı oyunçularla müqavilə yenilənəcək?
05.10.2026, 18:02 İDMAN
-
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu dayandırılır
05.10.2026, 17:47 İQTİSADİYYAT
-
Sabiq nazir adı 2.2 milyardlıq qalmaqalda hallanan keçmiş nazirə mesaj verdi: "Acgözdürsə..."
05.10.2026, 17:36 SİYASƏT
-
Bakıda şagird öldürüldü
05.10.2026, 17:23 KRİMİNAL
-
Tamam Bayatlı BP-dəki vəzifəsindən ayrılıb
05.10.2026, 17:06 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
05.10.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi yerlərdə leysan olacaq - Xəbərdarlıq
05.10.2026, 16:47 GÜNDƏM
-
51 yaşlı şəxs kürəkənini bıçaqladı
05.10.2026, 16:40 KRİMİNAL
-
Prezident İlham Əliyev Fərman imzaladı
05.10.2026, 16:14 GÜNDƏM
-
Azərbaycan - Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
05.10.2026, 16:06 İQTİSADİYYAT
-
Leyla Sərabi mətbuat katibi təyin edildi
05.10.2026, 15:49 PRESS
-
Magistraturaya qəbul: dövlət sifarişli yerlər boş qalıb
05.10.2026, 15:18 GÜNDƏM
-
"Dərslər cəmi bir aydır başlayıb, amma artıq bezmişik" - BDU-da tələbələrdən pul yığılması idiasına reaksiya
05.10.2026, 15:15 CƏMİYYƏT
-
AMEA rəhbəri iki xanımı yeni vəzifəyə təyin edib
05.10.2026, 15:02 CƏMİYYƏT
-
Cənubi Koreyada rəzalət: 19 əlil qadını illərlə zorlayıblar
05.10.2026, 14:54 DÜNYA
-
AAK DEPUTATIN ELMİ İŞİNİ İKİ İLDİR TƏSDİQLƏMİR - Xanım millət vəkilinin DİPLOMU NİYƏ VERİLMİR?
05.10.2026, 14:45 GÜNDƏM
-
Səhiyyə Nazirliynin keçmiş mətbuat katibi yeni vəzifəyə təyin olunub
05.10.2026, 14:30 PRESS
-
Özbəkistanda yeni qaz yatağı kəşf edilib
05.10.2026, 14:19 İQTİSADİYYAT
-
Səhiyyə Nazirliyində tender skandalı: “Pulu Yaşar Əmənov Samirə, Samir mənə, mən də Əlimusa Musayevə verirdim"
05.10.2026, 14:13 İQTİSADİYYAT
-
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
05.10.2026, 14:06 KRİMİNAL
-
SƏUDİYYƏ VƏ İRANA BAĞLI DƏSTƏLƏRİN TOQQUŞMASI ŞİDDƏTLƏNİR - Yəmən Ordusu Bab əl-Məndəb və strateji limana nəzarəti geri qaytardı
05.10.2026, 13:57 GÜNDƏM
-
Danimarkada 8,8 milyon insanın məlumatları oğurlanıb
05.10.2026, 13:26 DÜNYA