Deputat: “Sosial şəbəkələrlə bağlı tənzimləmələrə dair Almaniya təcrübəsi öyrənilib”

img

19-01-2021 [13:45]


“İnformasiya sisteminə aid çox sayda qanun qəbul olunub”.

Bunu Milli Məclisin İnsan Hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, sosial şəbəkələrlə bağlı tənzimləmələrə dair çağırışlar var: “Bununla bağlı Almaniya təcrübəsi öyrənilib. Bu yöndə tənzimləməyə hamının ehtiyacı var. Təhqir üzərindən hakimiyyət uğrunda mübarizə aparmaq, təhqir üzərindən uğur qazanmaq olmaz. Çünki sabah təhqirin hədəfi sən ola bilərsən. Hələlik bununla bağlı konkret tənzimləmələr yoxdur. Hazırda bu məsələ, sadəcə, hüquq-mühafizə orqanlarına müraciət etməklə, həll edilə bilir. Bu istiqamətdə tənzimləmələr üçün beynəlxalq təcrübə araşdırılır”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq