Ermənilər Türkiyə, Azərbaycan, Rusiya, İsrail, Britaniya və ABŞ-ı özlərinə düşmən sayır - Sorğu

img

04-12-2020 [17:17]


Ermənistanda keçirilən rəy sorğusunun nəticələrinə görə ermənilər Türkiyə və Azərbaycanı düşmən sayırlar.

“Novosti Armeniya” xəbər verir ki, bunu “Gallup International Association”ın Ermənistandakı nümayəndəliyinin diektoru Aram Navasardyan dekabrın 4-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Ermənistanın təhlükəsizliyini hansı ölkədən təhdid edir” sualını respondentlər belə cavablandırıb: “Türkiyə 86,5 faiz, Azərbaycan 70,9 faiz, Rusiya 11,7 faiz, İsrail 10,4 faiz, Böyük Britaniya 6,4 faiz, ABŞ 5,4 faiz”.

Noyabrın 25-dən dekabrın 2-dək telefonla min nəfər arasında keçirilən sorğu Ermənistanın bütün bölgələrini əhatə edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub