Gürcüstanda ərzaq bahalaşıb

img

03-12-2020 [11:14]


Bu ilin noyabr ayında Gürcüstanda istehlak qiymətləri indeksi oktyabr ayına nisbətən 100,9%, illik müqayisədə isə 103,8% təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Ötən ay qonşu ölkədə ərzaq və spirtsiz içkilər 1,8%, tərəvəzlər 7,6%, süd, pendir və yumurta 4,7%, yağ 4,1%, qənd, cem, bal, şokolad və qənnadı məmulatları 1,4% bahalaşıb, meyvə isə 7,8% ucuzlaşıb.

Son 1 ildə isə Gürcüstanda ərzaq və spirtsiz içkilər 6% bahalaşıb, sağlamlıq sahəsində xidmətlərin dəyəri 8,8% artıb, nəqliyyat sahəsində qiymətlər isə 5,2% azalıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA