Bakıda kütləvi dava: bir nəfər bıçaqlandı, 3 nəfər dəmir boru ilə döyüldü

Bakıda kütləvi dava: bir nəfər bıçaqlandı, 3 nəfər dəmir boru ilə döyüldü

KRİMİNAL

25.10.2020, 00:03

Bakının Qaradağ rayonunda kütləvi dava düşüb.  

Hadisə Qobustan qəsəbəsində baş verib.

1970-ci il təvəllüdlü Nağıyev Valeh Mirağa oğlu kütləvi dava zamanı bıçaqlanıb.

1964-cü il təvəllüdlü Nağıyev Bəkir İsmayıl oğlu, 1991-ci il təvəllüdlü Nağıyev Cəmil Bəkir oğlu və 1996-cı il təvəllüdlü Nağıyev Abit Bakir oğlu dəmir boru vasitəsilə döyülüb. 

Xəsarət alan 4 nəfər 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır/APA.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR