AZYAŞLILARIN CİNAYƏTƏ TƏHRİKİ... - Ali Məhkəmə açıqlama yaydı
KRİMİNAL
Bugün, 10:45
Yetkinlik yaşına çatmayanı cinayətə sövq edənin məsuliyyətə cəlb olunması üçün konkret səbəblər olmalıdır.
Mia.az xəbər verir ki, bu barədə Ali Məhkəmə Cinayət kollegiyası tərəfindən yetkinlik yaşına çatmayan şəxsin cinayətkar fəaliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Bildirilib ki, cinayət işi üzrə müəyyən edilmiş işin hallarına əsasən, yetkinlik yaşına çatmayan şəxs əvvəllər götürdüyü mobil telefonu qaytarmaq adı ilə zərərçəkmişi görüşə çağırıb, yanında olan yetkin şəxsə zərərçəkmiş barədə məlumat verərək ondan pul almağı təklif etmişdir. Daha sonra hər iki şəxs əvvəlcədən razılaşaraq zərərçəkmişi təmirdə olan kafenin yaxınlığına aparmış, orada zərərçəkmiş şəxsi bıçaqla hədələyərək, ona fiziki zor tətbiq etməklə, pul və digər əmlakı ələ keçiriblər:
"Aşağı instansiya məhkəmələri tərəfindən yetkinlik yaşına çatmış şəxs quldurluqla yanaşı, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməkdə də təqsirli bilinib məhkum edib. Məhkum kassasiya şikayətində yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etmədiyini və bu səbəbdən əməlində Cinayət Məcəlləsinin 170.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmadığını bildirib.
İşi araşdıran Ali Məhkəmə qeyd edib ki, yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxslə birlikdə cinayət törətməsi faktı öz-özlüyündə onun həmin şəxsi cinayətkar fəaliyyətə cəlb etməsi anlamına gəlmir. Yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməyə görə məsuliyyətin yaranması üçün yetkin şəxsin onu cinayət törətməyə sövq edən konkret hərəkətlər etməsi müəyyən olunmalıdır.
Qanuna əsasən, belə təsir aldatma, vədlər vermə, hədə-qorxu, zor tətbiq etmə və ya zor tətbiq etmək hədəsi formasında ola bilər. Başqa sözlə, yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxsdə cinayət törətmək niyyəti və qətiyyəti yaratmağa yönəlmiş fiziki və ya psixoloji təsir göstərməsi sübuta yetirilməlidir. Əgər belə təsirin olması sübuta yetirilmirsə, yalnız yetkin və yetkinlik yaşına çatmayan şəxslərin cinayəti birlikdə törətmələri Cinayət Məcəlləsinin 170-ci maddəsinin tətbiqi üçün kifayət deyil.
Ali Məhkəmə işin hallarını araşdıraraq müəyyən edib ki, yetkin şəxs yetkinlik yaşına çatmayan tanışını cinayət törətməyə sövq etməmişdir. Onun yetkinlik yaşına çatmayan şəxsi aldatması, ona qazanc və ya başqa vədlər verməsi, hədə-qorxu gəlməsi, zor tətbiq etməsi və yaxud zor tətbiq etməklə hədələməsi iş üzrə sübuta yetirilməyib. Əksinə, iş üzrə müəyyən edilmiş hallara görə, zərərçəkmişdən pul almaq təklifini irəli sürən, onu mobil telefonunu qaytarmaq adı ilə görüşə çağıran və bununla da quldurluq cinayətinin törədilməsi təşəbbüsü ilə çıxış edən məhz yetkinlik yaşına çatmayan şəxs olub.
İş üzrə məhkum edilmiş şəxsin qanunda göstərilən üsullardan hər hansı biri ilə yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməsi təsdiq olunmadığından, Ali Məhkəmə onun əməlində Cinayət Məcəlləsinin 170.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmadığı nəticəsinə gəlib".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Hərbi çağırışdan boyun qaçıranlara cinayət işi açılıb
Bugün, 11:49 KRİMİNAL
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət edib
Bugün, 11:44 CƏMİYYƏT
-
Xanəndə Zabitə Alıyevanın toyu olub - FOTO
Bugün, 11:43 ŞOU-BİZNES
-
Qızını məktəbə aparan şəhid
Bugün, 11:40 CƏMİYYƏT
-
İstanbul Sabiha Gökçen Hava Limanında adi su fantastik məbləğə satılır: "Bunların Allahı yoxdurmu?"
Bugün, 11:26 İQTİSADİYYAT
-
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
Bugün, 11:14 CƏMİYYƏT
-
"Kurtlar vadisi"ndə gizli saxlanılan illərin sirri: "Ailəsi, uşaqları təhdid edildi"
Bugün, 11:01 MƏDƏNİYYƏT
-
ABŞ İRANIN İKİ BALIQÇI GƏMİSİNİ VURUB: "Göyərtisindəki adamlar itkin düşüblər"
Bugün, 10:59 DÜNYA
-
AZYAŞLILARIN CİNAYƏTƏ TƏHRİKİ... - Ali Məhkəmə açıqlama yaydı
Bugün, 10:45 KRİMİNAL
-
Fitch": 2026-2030-cu illərdə SOCAR-ın kapital xərcləri ildə 4 milyard manat təşkil edəcək"
Bugün, 10:36 İQTİSADİYYAT
-
Hikmət Hacıyev: "Cənubi Qafqazın strateji landşaftını dəyişib və..."
Bugün, 10:23 GÜNDƏM
-
SURİYADA 12 HƏRBİ BAZASI OLAN İSRAİL TÜRKİYƏYƏ ELƏ PLAN TƏKLİF ELƏDİ Kİ... - Ərdoğan düşünmədən rədd edib!
Bugün, 10:09 GÜNDƏM
-
"Əvvəl nazir müavinindən mesaj gəlir, deyir, kapitan Əzizov Əkbər Rafiq oğlu sizə zəng edəcək, görüşün onunla" - Şura sədrini aldatmaq istəyiblər
Bugün, 10:01 SİYASƏT
-
XİN Bakı şəhərinin erməni-daşnak qüvvələrindən azad olunmasının ildönümü ilə bağlı məlumat yaydı
Bugün, 09:59 SİYASƏT
-
Azərbaycan nefti daha 7 dollardan çox bahalaşdı - Qara qızılın qiyməti 128 dollara çatır
Bugün, 09:20 İQTİSADİYYAT
-
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
Bugün, 09:00 GÜNDƏM
-
Qrinvud: "Matçı 3-0, 4-0 hesabı ilə qazana bilərdik"
Bugün, 00:40 İDMAN
-
TÜRKİYƏDƏ PARTİYA BİNASI İLƏ REDAKSİYA OFİSİ ATƏŞƏ TUTULUB
Bugün, 00:17 SİYASƏT
-
Türkiyə klubu ilə müqaviləyə son anda imza atmaqdan imtina edən məşhur hücumçu La Liqada "fırtına" yaradır
Bugün, 00:16 İDMAN
-
İsmayıl Kartal istefasına belə izah verdi: "İndi heç bir problem yoxdur, davam edirik"
Bugün, 00:10 İDMAN
-
Özgür Özəl növbəti problemlə üzləşib - Partiyanın adı dəyişəcək?
Bugün, 00:03 SİYASƏT
-
BU GÜNDƏN DƏRSLƏR BAŞLAYIR
Bugün, 00:01 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Rusiya və Ukrayna razılığa gəlib: dünyada yanacağın qiyməti enəcək? - Tramp "Onlar daha bir-birinin enerji sahələrini vurmayacaq" deyir
14.09.2026, 22:29 GÜNDƏM
-
Əhməd İsmayılov Türkiyə Prezident Administrasiyasının rəsmisiylə müzakirə aparıb - FOTOLAR
14.09.2026, 21:53 PRESS
-
Ərdoğan partiya sədrini qəbul etdi
14.09.2026, 21:40 DÜNYA
-
İlham Əliyev 500 min dollarlıq mükafatını bu Fonda köçürdü - Prezidentin Mətbuat xidməti məlumat yaydı
14.09.2026, 19:42 GÜNDƏM
-
Sergen Yalçından Arda Gülərə xəbərdarlıq: "Amandır, ona baş qoşma, səni də yandıra bilər"
14.09.2026, 19:03 İDMAN
-
Bakıda azyaşlının ölümü... - Prokurorluq araşdırma aparır
14.09.2026, 18:54 KRİMİNAL
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul etdi, yeni sənədlər imzalandı - FOTOLAR
14.09.2026, 18:14 GÜNDƏM
-
Bakıda söküntü ərazisindən meyit tapılıb
14.09.2026, 18:04 CƏMİYYƏT
-
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker barədə məhkəmə qərar verdi - Həbs edildi
14.09.2026, 17:56 PRESS
-
"TikTok"da ödəniş sistemlərini təqlid edən altı sayt və onları yayan hesablar aşkarlanıb
14.09.2026, 17:50 İQTİSADİYYAT
-
Bir vaxtlar onu milyonlar izləyirdi, indisə pomidor əkir, qarpız yetişdirir
14.09.2026, 17:37 İDMAN