Azərbaycan və Ermənistan XİN başçıları ABŞ-da görüşəcək? - "Hələlik yekun razılaşma yoxdur, bu..."

Azərbaycan və Ermənistan XİN başçıları ABŞ-da görüşəcək? - \"Hələlik yekun razılaşma yoxdur, bu...\"

GÜNDƏM

Bugün, 13:04

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüşməyi planlaşdırırlar.

Bunu Ararat Mirzoyan "Azadlıq Radiosu"nun sualını cavablandırarkən bildirib.

"Biz BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşməyi planlaşdırırıq. Hələlik yekun razılaşma yoxdur, bu, qrafiklərdən asılıdır", - Mirzoyan deyib/Report.

Qeyd edək ki, sentyabrın 8-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb. Sessiya çərçivəsində sentyabrın 22-də dövlət və hökumət başçılarının çıxış edəcəyi yüksək səviyyəli həftə başlayacaq.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR