Azərbaycan əsgəri dünyanı erməni faşizmindən xilas edəcək...
24-10-2020 [00:53]
Əli CABBAROV,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Bu gün böyük və güclü Vətənimiz tarixi sınaq içindədir. Elə bir sınaq ki indi bütün dünya xalqları sülh və rahatlıq içində yaşasalar da, qismətinə xain ermənilərlə qonşuluqda yaşamaq düşmüş Azərbaycan bir yumruq kimi səfərbər olub düşmənlə çarpışır.
Düşmən isə məkrlidir. İllərlə yaşadıqları Azərbaycan torpağının çörəyini yeyib, suyundan içən ermənilər türklərə qarşı bəslədiyi nifrətlə, sanki indi bütün dünyanın boğazına yapışaraq hər yerdə qan axtarırlar. Amma düşmən nə qədər qəddar, nə qədər amansız olsa da, onun qarşısında güclü Azərbaycan Ordusu dayanıb.
Qarabağ Azərbaycandır! İndi bu şüar ölkəmizdə kiçikdən-böyüyə hər kəsin dilində bir müharibə marşı kimi səslənir. Vətənimizin dilbər guşəsi, Üzeyir nəğməli, Bülbül səsli Qarabağın, nəhayət ki, düşmən işğalından azad edilməsi zamanı gəlib çatıb. Ali Baş Komandanımızın əmri ilə irəliyə doğru əks-hücuma keçən Azərbaycan əsgəri hamımızın həsrətində olduğu o müqəddəs torpaqlara qovuşdurur bizi. Orada bizi gözüyaşlı Kəlbəcər, Şuşa, xanimanı tar-mar olmuş Qubadlı, qanadı qırılmış Laçın gözləyir. Sentyabrın 27-də Ermənistan ordusunun növbəti təxribatına cavab olaraq başladılan əks-hücum əməliyyatları nəticəsində uzun müddət işğalda qalmış Azərbaycan torpaqlarının xeyli hissəsinin qısa müddət ərzində azad olunması, eləcə də böyük dövlətlərin bu münaqişənin həllindəki maraqları və Vətənin müdafiəsinə qalxmış müzəffər ordumuzun erməni faşizmi üzərindəki parlaq qələbələri çox yaxında digər torpaqlarımızda da üçrəngli bayrağımızın dalğalanacağını, ədalətli sülhün bərpa olunacağını deməyə əsas verir.
Bəşəriyyət tarixində İkinci Dünya müharibəsi qədər genişmiqyaslı və dağıdıcı bir müharibə olmasa da, riyakar erməni faşizminin yaratdığı təhlükəni, sözün əsl mənasında, dost-düşmən tanımayan qlobal pandemiya ilə müqayisə etmək olar. Bu təhlükə xərçəng kimi yayılıb, heç gözlənilməyən yerlərdə peyda olub, qoca-cavan, qadın-uşaq demədən amansızlıqla hər kəsi qətl yetirməyə hazırdır. İş o yerə çatıb ki, erməni faşizmi, hətta alman faşizmindən nəsibini almış bir sıra ölkələrdə də virus kimi yayılmaqdadır. İkinci Dünya müharibəsinin lap əvvəlində almanlara cəmisi 40 gündə boyun əymiş Fransanın tam olaraq indi də erməni faşizminə təslim olması, əslində, bu canavarın nə qədər təhlükəli olduğunu bir daha sübut edir.
Hələ yaxın keçmişdən XXI əsrin Türk dünyası əsri olacağını proqnoz edirdilər. Zaman gecikmədi. Və indi bunun şahidiyik! Gördük ki, maddi zənginlik içərisində itib-batan, amma mənəviyyatca bataqlıqda çürüyən Qərb Uca Tanrının kiçik bir imtahanı qarşısında nə qədər aciz qaldı! Nə mütərəqqi texnologiya, nə iri kapital, nə də başqa xalqların üzərindəki hökmranlıq iddiası onların köməyinə çatmadı. Çünki zaman elə zamandır ki, onun çarxı dolandıqca vaxtaşırı gücünü bütün dünyaya göstərib hər şeyi öz tarazına qoyur. 2020-ci ildə də belə oldu. Hazırda bəşəriyyət gözəgörünməz virusun kökünü kəsmək üçün mübarizə apardığı bir dönəmdə Azərbaycan xalqı bir yumruq kimi birləşib son yüzilliyin probleminə birdəfəlik son qoymaq savaşına qalxıb. Bu, bir az dolanışıq tapan kimi vaxtaşırı baş dikəldib, təkcə azərbaycanlılara deyil, yaşadıqları hər yerdə bütün xalqlara xəyanət edən, fürsət düşən kimi hər cür alçaq əməldən çəkinməyən soysuz ermənilərin qanına işləmiş faşizmə qarşı savaşdır.
Erməni faşizminə qarşı mübarizə, sadəcə, Qarabağ torpağının azadlığı üçün aparılan müharibə ilə bitmir. İndi heç kimə sirr deyil ki, özlərini hər yerdə məzlum millət kimi qələmə verib siyasi alət olmaqdan zövq alan ermənilər dünya ölkələrində işə saldıqları konyak diplomatiyası və digər özlərinə yaraşan üsullarla asanlıqla ələ aldıqları siyasətçilər və onların dairələri vasitəsilə diasporlaşıb dənizlərə çıxmaq planları ilə yaşayırlar. Tarixboyu qətiyyətli siyasətçilər tərəfindən dəfələrlə qarşısı alınmış belə sərsəm xülyalar zaman-zaman bulanıq dövrlərdə özünə münbit yer tapmış və nəticədə, yüz minlərlə günahsız insanın ölümünə, milyonlarla insanın qaçqın düşməsinə səbəb olmuşdu. Odur ki, Qarabağın erməni terrorundan təmizlənməsi uzun illər ərzində cəzasız qalmış cinayətkar rejimin dünyada formalaşdırdığı təbliğat köpüyünün də havaya uçması deməkdir. Bu, həm də Gəncə, Mingəçevir kimi cəbhə xəttindən xeyli uzaqda yerləşən şəhərlərdə yaşayan dinc sakinləri hədəf alaraq son çırpınışlarını edən erməni faşizminin və onun havadarlarının iç üzünün tamamilə açılması deməkdir. Artıq aydın görünən mənzərə odur ki, heç bir dünya dövləti, hətta bir ay öncə Ermənistana açıq dəstək verənlər belə, ən yaxşı halda neytral mövqedə qalmaqla, necə deyərlər, səhvlərini başa düşüblər.
Ermənilər hiylə qurmağa çox ustadırlar. Faşizmə bulaşmış, türk qanına susamış ermənilər hiyləgər olduqları qədər, həm də qorxaq və acizdirlər. Hətta erməni şairi Yeğişe Çarens də öz milləti haqqında belə yazıb: “Ermənilərdə riyakarlıq ana bətnində olarkən yaranır”. Görünür, uşaqlıqda Osmanlı çörəyi yemiş bu insan XX əsrin əvvəllərindəki o mürəkkəb dövrlərdən yaxşı dərs çıxarıb ki, bu kəlmələri yazıb. Ermənilərin heç zaman bir dövləti olmadığını yazan Qevorq Aslan isə “Ermənilər harada çörək boldursa, oranı özlərinə vətən hesab ediblər” yazıb. Belə yazılı tarixi faktları çox misal gətirmək olar. Ancaq elə sonuncu misaldan da göründüyü kimi adları belə, başqasının olan ermənilər həm də oğrudurlar. Qarabağda zəbt etdikləri qədim Azərbaycan məskənlərinə uydurma adlar yapışdıran ermənilər yeri gəldi, gəlmədi, hətta yemək adlarını, mahnıları, musiqi alətlərini də erməniləşdirməyə çalışırlar. Ancaq bu bədbəxtlər bilmirlər ki, artıq nə 100, nə də 30 il əvvəlki dövrdür. Dünya qloballaşır və əslində, bütün sağlamdüşüncəli insanlar bir məqsəd – yaxşı yaşamaq üçün yaşayıb, işləyirlər. Göyçədə məskunlaşmış, babasının haradan gəldiyini bilməyən zavallı sadə erməni bilmir ki, onun sərsəm ideoloqları on illər uzunu Azərbaycanın milli musiqi aləti olan balabanı “düdük”adı ilə milliləşdirmək üçün izafi vaxt itirdiyi dövrdə, dünya riyaziyyatı öyrənib, mühəndislər yetişdirib və indi onun işğalçı ordusunu başı üstündən, 90 dərəcəli bucaqdan vurur. Bax, budur erməni faşizminin gəldiyi nöqtədə onu gözləyən ən ədalətli cəza! Bu saatdan sonra artıq nə havadarlarına səxavətlə verdikləri bahalı canlı və cansız hədiyyələr, nə diplomatik yalvarışlar, nə də xaricdəki “vətənpərvərləri”erməni faşizminin köməyinə çatacaq. Bu, daxildə də Ermənistan hökumətinin iflasının bir başlanğıcıdır.
Terror dövləti Ermənistanın çöküşü, təkcə onun hər sahədə gücsüzlüyü, ianə üzərində qurulmuş iqtisadiyyatının zəifliyi və ideoloqlarının əsəbiliyi ilə əlaqədar deyil. Sovetlərin dağılması ilə keçən 30 il ərzində yeritdikləri qonşularla münaqişə siyasəti ucbatından ən azı onların 60 il gerisinə düşən Ermənistanda siyasi həyatın xronologiyası da acınacaqlıdır. Keçmiş İttifaqda Azərbaycanın sərvətləri hesabına özlərinə güzəran qurmuş ermənilər, müstəqil olduqlarından keçən müddət ərzində bir nəfər də olsun, nə görkəmli siyasi lider, nə də hərbi sərkərdə formalaşdıra bilmədi, tam əksinə, dövlət sərhədini böyük qardaşa etibar edib, strateji müəssisələrini də ona uduzdu. Türklər demiş, bunun fərqinə varanda isə artıq çox gec idi. Hay məntiqinə görə çıxış yolu isə etibarsız qardaşın ona sırıdığı köhnə silahları atəşləmək idi. 27 sentyabrda Ermənistan məhz bunu etdi və uduzdu. İşğalçının cavabını bu dəfə yüz qatına verən Azərbaycan Ordusunun indi bir vəzifəsi var: nəhayət ki, dünyanı, elə ermənilərin özlərini də erməni faşizmindən xilas etmək.
Mia.az
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı