Azərbaycanda daha 110 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

Azərbaycanda daha 110 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

GÜNDƏM

30.09.2020, 16:54

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 127 nəfər sağalıb, 110 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 40 229 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 684-dür. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 469, bu günə qədər isə ümumilikdə 1 115 748 test icra olunub".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR