Xankəndidəki mülki ermənilərə rəsmi müraciət: "Hərbi obyektlərdən kənar durun" - "Laçın yolu və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb" (Yenilənib)
GÜNDƏM
19.09.2023, 16:40
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir.
Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır?
"Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırırıq. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır.
Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb".
***
Azərbaycan Ordusunun Qarabağda Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı bölgədə yaşayan erməniəsilli sakinlərə müraciət olunub.
Mia.az xəbər verir ki, müraciət Azərbaycan, rus və erməni dillərində hazırlanıb və vərəqə formasında dərc olunub.
Müraciətdə deyilir:
"Azərbaycan Silahlı Qüvvələri Qarabağ ərazisində qanunsuz silahlı dəstələrin tərksilah edilməsi üçün tədbirlər həyata keçirir. Məqsəd 30 ildir bu bölgənin qondarma rejim tərəfindən talan edilməsinə son qoymaq, orada yaşayan insanlara azadlıq, haqq-ədalət, barış və rifah gətirməkdir. Əmin olun ki, sizin həyatınız Azərbaycan dövləti üçün çox qiymətlidir. Buna görə də tədbirlər həyata keçirilən zaman hərbi hissələrdən, obyektlərdən, hərbi texnikadan, qanunsuz rejimin fəaliyyət göstərdiyi bütün inzibati binalardan uzaq durun. Qanunsuz hərbi xuntanın heç bir əmrinə, göstərişinə tabe olmayın. Hərbi geyim geyinməyin və üzərinizdə silah daşımayın. Bu, sizi legitim hədəfə çevirə bilər. Yaşadığınız evlərdən çölə çıxmayın, orada təhlükəsiz şəkildə qalın.
Azərbaycan əsgəri xilaskardır! Sizi hərbi xuntanın əsarətindən xilas etmək üçün gəlir!
Azərbaycan çoxmillətli ölkədir, burada 30-a yaxın etnik qrup yaşayır. Uzun illər sizə tam başqa mənzərə təlqin olunsa da, əmin olun ki, bu ölkədə dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq vətəndaşların hüququ qorunur, insanlar əmin-amanlıq şəraitində yaşayırlar. Siz də onlar kimi rahat, firavan həyat sürə bilərsiniz! Buna görə də içərinizdə döyüşənlər varsa, dayanın və yaxşı fikirləşin. Siz öz dövlətinizə - Azərbaycan Respublikasına qarşı silah qaldırırsınız. Bu, yanlış, sizin həyatınızı təhlükəyə atan yoldur. Əgər siz döyüş postlarındasınızsa, mümkün qədər oranı tez tərk etməlisiniz. Əyninizdəki hərbi formaları çıxarıb silahları yerə qoymalısınız. Azərbaycan əsgəri heç vaxt dinc insanlara atəş açmır.
Sizin hesabınıza Ermənistan rəhbərliyi və onun Qarabağdakı oyuncaq rejiminin başında duranlar varlanıb, harınlayıb. Onlar xarici ölkələrdə böyük sərvət sahibidirlər və gələcəklərini düşünmürlər. Buna görə də özləri gizlənib sizi qabağa verərək şəxsi ambisiyaları üçün qurban verirlər. Erməni xalqı öz daxili düşmənlərini artıq yaxşı tanıdı. Biz siyasi oyunbazlara görə düşmən olmamalıyıq, Azərbaycan əsgəri düşmən deyil, sizə heç vaxt zərər vermək istəməz. Onlar sizi cinayətkarların əlindən qurtarmağa gəliblər. Müqavimət göstərməyin, Azərbaycan dövləti sizin təhlükəsizliyinizə zəmanət verir.
Təhlükəsizliyiniz sizin üçün ən düzgün qərardır. Qanunsuz rejimin yalan vədlərinə inanmayın. Onlar 30 il sizə ancaq vədlər verdilər, özləri isə rahat kreslolarda oturub, sadə insanlara çatacaq pulları mənimsəyib firavan həyat qurdular. İndi də sizin arxanızda gizlənirlər. Bu gün onların yalanlarına inanıb silaha sarılan gənclər sizin övladlarınızdır. Onları yanlış yoldan çəkindirin, həyatlarını qoruyun.
Təhlükəsiz yaşamaq istəyirsinizsə, ətrafınızı Ermənistan ordusunun bölmələrindən təmizləyin, onların geri - Ermənistana qayıtması üçün dirəniş göstərin. Qeyri-qanuni hərbi dəstələri silahlarını yerə qoymağa, müqavimət göstərməməyə məcbur edin. Qarabağda qanunsuz silahlı dəstələrin, cinayətkarların mövcudluğuna son qoyulmalıdır. Bilirik ki, zülmün, qorxunun, qeyri-müəyyənliyin bitməsi sizin də arzunuzdur. Bu arzunun gerçəkləşməsi, sülh, rifah və birgəyaşayış üçün çalışın.
Qarabağda bir nəfər də olsun qanunsuz hərbçi qalmayacaq, hamısı tərksilah olunacaq. Əgər sizi qanunsuz silahlı dəstələrə cəlb ediblərsə, 44 günlük müharibəni yada salın və başa düşün ki, Azərbaycan Ordusuna müqavimət mənasızdır. Silahı yerə qoyun və təslim olun. İndi emosiyalara deyil, ağıla üstünlük vermək zamanıdır.
Ehtiyatlı olun, qanunsuz rejim təmsilçilərinin müraciətlərinə inanmayın, göstərişlərinə əməl etməyin. İlk imkanda sizə qida və digər zəruri tələbat məhsulları çatdırılacaq. Yardima ehtiyacı olanlar Azərbaycan hərbçilərinə yaxınlaşa və müraciət edə bilərlər. Onlar sizin problemlərinizi həll etmək üçün əllərindən gələni edəcəklər.
Azərbaycan sizin sülh və rifah içində yaşamağınızı arzulayır. Bunun üçün sizi 30 ilə yaxın qorxu içərisində saxlamış hərbi xuntanı zərərsizləşdirir. Övladlarınız bu torpaqlarda silahla deyil, öz zəhmətləri ilə yaşamalıdır. Bu torpaqlar çiçəklənməli, insanlar xoşbəxt olmalıdır. Kimlərinsə maraqları naminə deyil, xoşbəxtliyiniz uğrunda mübarizə aparın. Sizə təhlükəsiz və ləyaqətli həyat, öz evlərinizdə doğmalarınızla birlikdə rahat yaşayış, iqtisadi dirçəliş və sosial rifah təklif olunur. Xarici ölkələrdə özlərinə rahat həyat quranların yalan vədlərinə inanmayın, sizi aldatmasına, sizdən vasitə kimi istifadə etməsinə imkan verməyin. Siz Azərbaycan vətəndaşı kimi daha ləyaqətli həyata layiqsiniz!
Cinayətkar rejim sizi və doğmalarınızı Azərbaycan əsgərləri ilə döyüşməyə çağırır, amma öz ailə üzvlərini müxtəlif yollarla Qarabağdan çıxarırlar. Övladlarınızı mənasız ölümdən xilas edin. Azərbaycan sizə dostluq və sülh arzulayır. Heç kimin, heç bir xarici ölkənin yalan vədlərinə inanmayın. Təhlükəsizlik zəmanətini sizə Azərbaycan dövləti verir. Ölkəmizin digər sakinləri kimi, siz də barış və rifah içərisində yaşamalısınız.
Ermənistanın və Qarabağdakı cinayətkar rejimin apardığı təbliğat erməni əhalidə belə bir qənaət yaradıb ki, Azərbaycan etnik təmizləmə siyasəti həyata keçirmək, Qarabağdan erməniləri çıxarmaq istəyir. Əgər belə bir niyyət olsaydı, Azərbaycan 2020-ci ilin noyabr ayında müharibəni dayandırılmazdı. Həmin dövrdə heç bir qüvvə Azərbaycan Ordusunun Zəfər yürüşünün qarşısını almaq gücündə deyildi. Amma Azərbaycan dövləti sülhü seçdi, Qarabağda yaşayan əhaliyə dostluq əlini uzatdı. Çünki Azərbaycan çoxsaylı xalqların bir yerdə mehriban yaşadığı bir ölkədir. Biz əminik ki, insanlar arasında barış və birgəyaşayış mümkündür. Sizin də bu həqiqəti qəbul etməyiniz və bu ölkənin vətəndaşları kimi yeni gözəl həyata qovuşmağınız lazımdır.
Torpaqlar işğaldan azad edildikdən sonra dağıdılmış şəhər və kəndlərin mənzərəsi hamını dəhşətə gətirdi. Uzun illər sizin adınıza yığılan pullarla var-dövlət sahibi olmuş qondarma rejim başçıları nəinki talançılıqla kifayətlənmədi, hətta bu bölgədə yaşayan sadə insanların həyat şəraitini yaxşılaşdırmaq üçün belə heç bir iş görmədi. Əks təqdirdə siz gözəl evlərdə yaşayar, təminatlı həyatınız olardı. Azərbaycan dövləti isə son 3 ildə Qarabağda şəhərləri, kəndləri bərpa edir, yeni müasir infrastruktur yaradır. Şuşada, Laçında, Füzulidə, Zabuxda, Ağalıda və digər yerlərdə həyata keçirilən böyük quruculuq işləri buna bariz nümunədir. Biz birlikdə Qarabağı dirçəltməyə qadirik. Bu işdə sizin də iştirak etməyinizi istəyirik. İndi silah, müharibə, qarşıdurma zamanı deyil. İndi quruculuq, və barış vaxtıdır.
Uzun illər Robert Koçaryan, Serj Sarqsyan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və onların ətrafı sizi aldadaraq, istismar edərək, ölümə göndərərək özləri üçün var-dövlət topladılar, güzəran qurdular. Hər dəfə də vəziyyət gərginləşdikdə yaxalarını kənara çəkdilər və sizi acı taleyinizlə üz üzə qoydular. Siz güclü, inkişaf edən, öz vətəndaşına rifah, təhlükəsizlik, əmin-amanlıq verən Azərbaycan dövlətinə deyil, bu cinayətkarların yaratdığı qondarma rejimə sığındınız.
Sizə boş vədlər verənlər yenə həmişəki kimi qaçıb gizləniblər. İndi sınaq, tarixi seçim anıdır. Doğru seçim edin".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qrinvud: "Matçı 3-0, 4-0 hesabı ilə qazana bilərdik"
Bugün, 00:40 İDMAN
-
TÜRKİYƏDƏ PARTİYA BİNASI İLƏ REDAKSİYA OFİSİ ATƏŞƏ TUTULUB
Bugün, 00:17 SİYASƏT
-
Türkiyə klubu ilə müqaviləyə son anda imza atmaqdan imtina edən məşhur hücumçu La Liqada "fırtına" yaradır
Bugün, 00:16 İDMAN
-
İsmayıl Kartal istefasına belə izah verdi: "İndi heç bir problem yoxdur, davam edirik"
Bugün, 00:10 İDMAN
-
Özgür Özəl növbəti problemlə üzləşib - Partiyanın adı dəyişəcək?
Bugün, 00:03 SİYASƏT
-
BU GÜNDƏN DƏRSLƏR BAŞLAYIR
Bugün, 00:01 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Rusiya və Ukrayna razılığa gəlib: dünyada yanacağın qiyməti enəcək? - Tramp "Onlar daha bir-birinin enerji sahələrini vurmayacaq" deyir
14.09.2026, 22:29 GÜNDƏM
-
Əhməd İsmayılov Türkiyə Prezident Administrasiyasının rəsmisiylə müzakirə aparıb - FOTOLAR
14.09.2026, 21:53 PRESS
-
Ərdoğan partiya sədrini qəbul etdi
14.09.2026, 21:40 DÜNYA
-
İlham Əliyev 500 min dollarlıq mükafatını bu Fonda köçürdü - Prezidentin Mətbuat xidməti məlumat yaydı
14.09.2026, 19:42 GÜNDƏM
-
Sergen Yalçından Arda Gülərə xəbərdarlıq: "Amandır, ona baş qoşma, səni də yandıra bilər"
14.09.2026, 19:03 İDMAN
-
Bakıda azyaşlının ölümü... - Prokurorluq araşdırma aparır
14.09.2026, 18:54 KRİMİNAL
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul etdi, yeni sənədlər imzalandı - FOTOLAR
14.09.2026, 18:14 GÜNDƏM
-
Bakıda söküntü ərazisindən meyit tapılıb
14.09.2026, 18:04 CƏMİYYƏT
-
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker barədə məhkəmə qərar verdi - Həbs edildi
14.09.2026, 17:56 PRESS
-
"TikTok"da ödəniş sistemlərini təqlid edən altı sayt və onları yayan hesablar aşkarlanıb
14.09.2026, 17:50 İQTİSADİYYAT
-
Bir vaxtlar onu milyonlar izləyirdi, indisə pomidor əkir, qarpız yetişdirir
14.09.2026, 17:37 İDMAN
-
MƏMURLARIN DİQQƏTİNƏ: Sabahdan Bakı və ətrafında iş rejimi dəyişir - DETALLAR
14.09.2026, 17:31 GÜNDƏM
-
Əli Əsədov elektron ticarətlə bağlı yeni qərar imzalayıb
14.09.2026, 17:20 İQTİSADİYYAT
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi - DETALLAR (YENİLƏNİB)
14.09.2026, 17:12 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
14.09.2026, 17:00 İQTİSADİYYAT
-
AZAL-da daha bir əcnəbi təyinatı oldu: o, kimdir və yerli mütəxəssisləri nə gözləyir? (FOTO)
14.09.2026, 16:26 CƏMİYYƏT
-
"Kurtlar Vadisi" serialının ssenaristləri prokurorluğa belə gəldi - MİT zabitinin şübhəli ölüm işi böyüyür (Yenilənib)
14.09.2026, 16:26 SİYASƏT
-
AZƏRBAYCANDA BU MƏKTƏBLƏR BAĞLANACAQ - Nazir anons verdi
14.09.2026, 15:58 GÜNDƏM
-
"Səbail" klubunun keçmiş icraçı direktoru mətbuat katibi təyin olunub
14.09.2026, 15:47 PRESS
-
Əhdiman və dostu qalmaqallı videoya görə saxlanıldı (Yenilənib)
14.09.2026, 15:43 PRESS
-
Emin Əmrullayev: "Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq"
14.09.2026, 15:34 CƏMİYYƏT
-
BAKIDA DAHA BİR DƏBDƏBƏLİ TOY: SOCAR-da işləyən qızın toyuna türkiyəli müğənnilər də gəlib + VİDEO, FOTOLAR
14.09.2026, 15:25 MƏDƏNİYYƏT
-
"Trabzonspor" sağı göstərib, solu vurdu - Şenol Günəşlə deyil, italiyalı məşqçi ilə masaya oturdular
14.09.2026, 15:17 İDMAN
-
Böyük Britaniya parçalanmaya doğru: Şotlandiya, Uels və Şimali İrlandiya liderləri tarixi razılaşmaya imza atdı - FOTOLAR
14.09.2026, 15:08 GÜNDƏM
-
"Fənərbağça"nın sabiq baş məşqçisi Kartalı "sökdü": "Görəcəksən, Əziz Yıldırım səni zövqlə qovacaq"
14.09.2026, 14:55 İDMAN
-
Anar və Firəngiz Əlizadədən Şəfiqə Məmmədovaya dəstək: “Bu vəzifəyə layiqdir”
14.09.2026, 14:40 MƏDƏNİYYƏT
-
“13 il sonra onu dəmir barmaqlıqlarda gördüm” - Şilderin anası + VİDEO
14.09.2026, 14:19 CƏMİYYƏT