Gürcüstan “Johnson&Johnson” peyvəndi alacaq

Gürcüstan “Johnson&Johnson” peyvəndi alacaq

DÜNYA

17.09.2021, 16:40

“Gürcüstan koronavirus əleyhinə “Johnson&Johnson” peyvəndinin alınması ilə bağlı danışıqlar aparır”.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, preparatın əldə olunması üçün Almaniya donor kimi çıxış edəcək: ““Johnson&Johnson” peyvəndi tək dozalı vaksindir, tətbiqi rahatdır və yaxşı nəticələr verir”.

Qeyd edək ki, hazırda Gürcüstanda COVID-19-a qarşı peyvəndlənmə prosesində 4 preparatdan – “Sinovac”, “Sinopharm”, “AstraZeneca” və “Pfizer”-dən istifadə olunur/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR