Rəsmi Kiyevdən Azərbaycana növbəti dəstək: "Dinc əhaliyə hücumlar dərhal dayandırılmalıdır"

img

17-10-2020 [18:50]


"Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi dinc əhalinin həlak olmasına və yaralanmasına, eləcə də onların evlərinin dağılmasına səbəb olmuş Azərbaycanın Gəncə şəhərinin növbəti dəfə atəşə tutulmasını qəti şəkildə qınayır".

Mia.az xəbər verir ki, bu, səfirliyin Gəncəyə raket hücumu ilə bağlı yaydığı bəyanatında bildirilib.

Qeyd olunub ki, mülki obyektlərə və dinc əhaliyə yönəlmiş hər hansı hücumlar əsassızdır və dərhal dayandırılmalıdır: "Həlak olanların ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, yaralıların tez bir zamanda sağalmasını diləyirik”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA