Sərdar Cəlaloğlu onları özünə müavin təyin etdi - Siyahı

img

23-09-2020 [18:12]


Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu partiyanın 1 sentyabr 2020-ci il tarxində keçirilən X Qurultayından sonra sədrin müavinlərinin təyin edilməsi ilə bağlı əmr imzalayıb.

Partiyanın mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, X Qurultaya qədər müavin kimi çalışan ADP funksionerlərin əksəriyyəti öz vəzifələrində qalıb.

Əmrə görə, Rüstəmov Həsrət Qurbanəli oğlu birinci müavin, Əliyev Taliyət Məhəmməd oğlu seçki və hüquqi məsələlər üzrə, İsmaylov Nurəddin Mənsim oğlu mətbuat və ictimai əlaqələr üzrə, Soltanova Nazilə Cahangir qızı qadınlarla iş üzrə, Nuriyev Daşqın Ağarza oğlu əlaqələr və humanitar məsələlər üzrə, Nəsirli Kamran Yaşar oğlu gənclərlə iş üzrə və Məmmədzadə Nizami Kamil oğlu təşkilati məsələlər üzrə müavin təyin olunublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR