Adil Əliyev MDB PA-nın müşahidə qrupuna rəhbərlik edəcək

img

21-09-2020 [13:20]


Milli Məclisin təklifi və MDB Parlamentlərarası Assambleya (PA) Şurasının sədri, Rusiya Federasiya Şurasının Sədri Valentina Matkiyenkonun imzaladığı müvafiq əmrlə Milli Məclis Sədrinin müavini Adil Əliyev Moldovada prezident seçkilərində MDB PA-nın müşahidə qrupunun rəhbəri təyin edilib.

MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda MDB PA-ya üzv ölkələrin nümayəndələrindən ibarət müşahidə qrupunun formalaşdırılması prosesi davam edir. 

Xatırladaq ki, Moldovada prezident seçkiləri noyabrın 1-də keçiriləcək. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, prezident seçkilərində iştirak üçün 13 namizəd qeydə alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA