Prezidentin köməkçisi daha 96 QHT rəhbəri ilə görüşdü - Nələr müzakirə olunub?
17-09-2020 [21:30]
Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev QHT-hökumət dialoqu çərçivəsində sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən 96 QHT-nin rəhbəri ilə görüş keçirib.
Mia.az-ın məlumatına görə, görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Şura daim sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərin müxtəlif istiqamətlərdə irəli sürdükləri təşəbbüsləri dəstəkləyib, ictimai aktuallıq kəsb edən layihələrinə maliyyə ayırıb, bilik və bacarıqlarının artırılmasına yardım edib. Şuranın dəstəyilə həyata keçirilən bu layihələrdən on minlərlə ölkə vətəndaşı faydalanıb. Azay Quliyev Şuranın 2020-ci il qrant müsabiqələri çərçivəsində 214 QHT-nin layihəsinin COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunduğunu, bunlardan 197-sində sosial dəstəyə ehtiyacı olan ailələrə müxtəlif növ birdəfəlik yardımlar göstərildiyini deyib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, bu gün sayca 6-cı və ən çoxsaylı QHT qruplarından biri ilə görüş keçirir. Bu qrupdakı QHT-lərin fəaliyyət sahəsi çox geniş olmaqla yanaşı, həm də cəmiyyət həyatında əhəmiyyətli rola malikdirlər. Ölkəmizdə sosial, iqtisadi, humanitar və demokratiya sahəsində görülən işlər sübut edir ki, Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət edir.
Hikmət Hacıyev cənab Prezidentin çağırışına uyğun olaraq QHT-lərin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində daha yaxından və effektiv formada iştirak etməsinin vacibliyini vurğulayıb. Prezidentin köməkçisi bununla bağlı yeni və daha çevik mexanizmlərin yaradılmasının zəruri olduğunu deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilib. Ölkəmiz ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyini qoruyub saxlaya bilmiş, yoxsulluğun səviyyəsi kəskin aşağı enmiş, dövlət büdcəsinin gəlirləri artmışdır. Prezidentin köməkçisi deyib ki, hər bir Azərbaycan vətəndaşının firavan həyat tərzinin formalaşması, onun normal yaşayışının təmin olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı şəkildə həyata keçirilən güclü sosial siyasətin başlıca məqsədlərindəndir. Xüsusi ilə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, qaçqın və məcburi köçkünlərin problemləri daim ölkə başçısının və Birinci vitse-prezidentin diqqət mərkəzindədir.
Hikmət Hacıyev bildirib ki, hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə dövlətin təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
Prezidentin köməkçisi deyib ki, bu gün digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı və sürətli islahatlar keçirilir. Hikmət Hacıyev təhsil və mədəniyyət sahəsində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri olduğunu vurğulayıb.
Hikmət Hacıyev bildirib ki, yeni müstəqillik tariximizdə Azərbaycanın demokratiya yolunda qət etdiyi məsafəni dünyanın inkişaf etmiş əksər ölkələri daha uzun müddətə keçib. Bu gün ölkəmizdə söz və fikir azadlığının, siyasi plüralizmin, çoxpartiyalı sistemin mövcudluğu, vətəndaşların azad seçiminə yüksək şərait yaradılması, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilməsi Azərbaycanda demokratik mühitin vacib göstəriciləri sırasında yer alır.
Prezidentin köməkçisi qeyd edib ki, bugünkü görüş QHT-lərin fikirlərini və təkliflərini onunla bölüşmək üçün gözəl imkandır. Hikmət Hacıyev dövlətin QHT-lərdən ictimai problemləri öyrənmək və aidiyyəti qurumlara əsaslandırılmış təkliflər vermək, ixtisaslaşdıqları sahələrdə dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, dövlət orqanları ilə QHT-lər arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, habelə ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı təşəbbüslərlə çıxış etmək, cəmiyyətdə baş verən hadisələrə operativ reaksiya vermək, ictimai və milli maraqlar ətrafında səfərbər olmaq, innovativ ideyalar və yaradıcı təşəbbüslər irəli sürmək, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətini təkmilləşdirmək və şəffaflığı, yeni ideyaları, təşəbbüskarlığı və operativliyi təmin etmək kimi gözləntilərinin olduğunu bildirib.
Görüşdə "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, Sosial Rifah Qaçqın və məcburi köçkünlər İctimai Birliyinin nümayəndəsi Azər Allahverənov, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Samir Əliyev, "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin sədri Zenfira Mustafayeva, "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyinin sədri Qalib Nəbiyev, "Dünya Gənc Türk Yazarlar" İctimai Birliyi Məsləhət Şurasının başçısı Əkbər Qoşalı, "Tərtər rayonunun sosial, iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva, "Vəfa" sosial problemlərin həllinə dəstək İctimai Birliyinin sədri Fatma Hacıyeva, "Tərəqqi" sosial-iqtisadi araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsivari, "Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək" İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, "Gənclərin Sosial İnkişafına Dəstək" İctimai Birliyinin sədri Rövşən Bağırov, "Təmas" regional inkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova, "Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Eynulla Xeyrullayev, "Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim" İctimai Birliyinin sədri Fuad Bədəlov, "Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim" İctimai Birliyinin sədri Əli Mirzəyev, "Mingəçevir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlimi" İctimai Birliyinin sədri Füzuli Əsədov, Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə, "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin sədri Bahar Qasımova, "Qadın Problemlərinin Tədqiqatları Mərkəzi" İctimai Birliyinin sədri Sevil Allahverdiyeva, "Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial-Mənəvi Dəstək" İctimai Birliyinin sədri Təranə Əhməd, "Gəncə Regional Qadın Mərkəzi" İctimai Birliyinin sədri Məleykə Əlizadə, “Ailə Dünyası” ailələrə hüquqi yardım İctimai Birliyinin sədri Gülayə Səfərova, Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova, "Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək" İctimai Birliyinin sədri Aynur Zülfüqarova, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə, "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasi İctimai Birliyinin sədri Rəşad Hüseynov, "Uşaq və Yeniyetmələrə Dəstək" İctimai Birliyinin sədri Fərhad Abdulov, "Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım" İctimai Birliyinin sədri Zaur Seyidzadə, "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri Lamiyə İsayeva, "Dünya" Ana və Uşaqlar İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva, "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin sədri Könül Quliyeva, "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva, İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi-Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlov, Beynəlxalq Diaspora Mərkəzi İctimai Birliyinin sədri İsmayıl Ağayev, “Gəncə Avro-Atlantik Məlumat Mərkəzi” İctimai Birliyinin sədri Mehman Xəlilov, "Mərhəmət" Kimsəsizlərə yardım İctimai Birliyinin sədri İradə Polad, "Peşəyönümlü Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin sədri İradə Əlili, "Dostluq" gənclərin əlaqələndirmə mərkəzi İctimai Birliyinin sədri Yusif Ağayev, “Xan Şuşinski” Fondunun prezidenti Bəyimxanım Verdiyeva, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin sədri Niyaməddin Orduxanov, "Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə" İctimai Birliyinin sədri Elnarə Məhərrəmova, “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri Dilarə Muxtarova Nağıyeva, "Avrasiya” Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin sədri Solmaz Əliyeva, Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin sədri Fərman Nəbiyev, "Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası" İctimai Birliyinin sədri Günay Şahbazova, "Gələcək" İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Kazım Məmmədov, "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi" İctimai Birliyinin sədri Nihad Allahyarlı, "Mədəniyyətin və Milli Ənənələrin Təbliği" İctimai Birliyinin sədri Büllur Məmmədova, "Bakı Gənclər Klubu" İctimai Birliyinin sədri Azər Cavadov, Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Abdulla, "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova, “Bilik və Maarifçiliyin İnkişafı” İctimai Birliyinin sədri Camal Məmmədov, “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyinin sədri Afiq Məlikov, Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli, "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev, Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin sədri Xoşbəxt Seidova, Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası İctimai Birliyinin sədr müavini Kənan Eyvazov, Qadınlar Arasında Həmrəylik İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova, "Azadlıq Hərakatçıları" İctimai Birliyinin sədri Təhmasib Novruzov, "Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Gəray Əlibəyov, "İctimai İştirakçılığın Dəstəklənməsi " İctimai Birliyi Şaban Nəsirov, "Qərb-resurs" vətəndaş cəmiyyətinin inkişafına dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov, Müasir Azərbaycan Qadını İctimai Birliyinin sədri Kəmalə Muradlı, "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva, "Uşaq və tələbə gənclər dünyası" İctimai Birliyinin sədr müavini Bəxtimşah Tağıyeva, Miqrasiya Proseslərinin Tədqiqi İctimai Birliyinin sədri Fəridə Vəliyeva, "Aşıq Şəmşir" mədəniyyət ocağı İctimai Birliyinin sədri Həbib Misirov, “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Əlövsət Allahverdiyev, “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev, "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova, , Azərbaycan Tarixçiləri İctimai Birliyinin sədri Mehri Xanbabayeva, "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyinin sədri Zaur Quliyev, Himayədar Humanitar Tərəqqi İctimai Birliyinin sədri Himayət Rizvanqızı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin sədri Rəbiyət Heydərli, "Elin Səsi" milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin sədri Elvin Talışınski, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov, Maarifçi Qadınlar İctimai Birliyinin sədri Şərqiyyə Məmmədova, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin icraçı direktoru İlyas Səfərov, Gəncə Aqrobiznes Assosiasiyasının sədri Vüqar Babayev, Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlı, Avrasiya Əməkdaşlıq Fondunun prezidenti Nailə Həşimova, Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı, Media Hüquqları İnstitutunun sədri Xalid Ağalı, Yayımların Monitorinq Mərkəzi İctimai Birliyinin sədri Nəsimi Məmmədli, “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Habil Niftalı, Qafqaz Media Tədqiqatları Mərkəzinin təsisçisi Əziz Orucov, "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyinin Aydın Əbilov, Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə, "Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Rasim Məmmədov və Sosial Dövlət Naminə İctimai Birliyinin sədri Faiq Əhmədov iştirak edib.
Görüşdə çıxış edən QHT rəhbərləri hökumətin QHT-lərlə geniş formatda və davamlı olaraq keçirdiyi yeni dialoqun vacib və faydalı olduğunu vurğulayıblar. QHT rəhbərləri fəaliyyət göstərdikləri sahədə onları narahat edən məsələlər barədə danışaraq fikir və təkliflərini səsləndiriblər.
Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü müzakirələrin faydalı olduğunu, QHT-lərin irəli sürdüyü rəy və təkliflərin araşıdırılacağını və əsaslandırılmış məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını qeyd edib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Polis körpüdən özünü atmaq istəyən şəxsi xilas etdi - FOTO
Qəzzada daha üç jurnalist həlak olub
TƏHSİLƏ GÖRƏ NARAHAT OLMAYIN: heç nə yaxşı olmayacaq...
"Qarabağ"ın futbolçusu: ""Benfika"nı yaxşı təhlil etmişik"
Emin Əmrullayev: "Xaricdə təhsil üzrə dövlət proqramında qəbul prosesi çətinləşdiriləcək"
Ceyhun Bayramov Qətərdə sammitdə çıxış edib
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTOLAR
ƏRDOĞAN QƏTƏRDƏN İSRAİLƏ GÖZDAĞI VERDİ: "Sizi durdurmağa gücümüz var" - Türkiyə lideri müsəlman ölkələrə təklif verdi (VİDEO)
Nəsimi rayonunun orta məktəblərində “15 sentyabr - Bilik günü" qeyd olundu - FOTOLAR
Daha bir ölkə Rusiyaya nota verdi
Tramp FED rəhbərinə ləqəb qoşub
Bilik günü: 288 nömrəli məktəbdə "birinci"lərin duyğuları - VİDEO
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarını bir arada - VİDEO
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - DTX, DİN və ANAMA birgə məlumat yaydı
Prezident İlham Əliyev Türkiyə Baş Qərargah rəisini qəbul edib - Nələr müzakirə olunub?
PAYIZ “ULDUZ”U GÖRÜŞÜNÜZƏ GƏLDİ
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
Baş nazir İsraili beynəlxalq yarışlardan kənarlaşdırmağa çağırıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İcra başçısının sabiq müavininə ağır ittiham var
"Vüsal 300" kimi tanınan iş adamı həbs olundu - Ofislər, avtomobil qarajı üzərinə həbs qoyulub və... (Yenilənib)
Əməkdar müəllimin I sinifə qədəm basan nəvəsi: "Elə ilk dərs günü o, bizi bir ana, bir müəllim..." - FOTOLAR
İlham Əliyev Qarabağdan mesajlar verir - TƏHLİL
AYNA rəhbəri ABŞ-da gizlənən İlqar Hacıyevin milyonluq villasını alır: dənizə mənzərə + FOTOLAR
Əli Əsədov sərəncam imzalayıb
Prezident Qarabağda 4 kəndin sakinləri ilə görüşdü: "Qarabağ bölgəsinin sakinləri ən gözəl şəraitə layiqdir" + FOTOLAR (YENİLƏNİB)
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
APARAT RƏHBƏRİ VƏZİFƏDƏN GETDİ: Nazir oktyabrda yola salınacaq? - GİN-də nə baş verir?
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
Qəzzada 25 fələstinli həlak olub
İordan çayının qərb sahilində əməliyyat: 11 tələbə həbs edildi
Emin Cəfərov UEFA-dan təyinat alıb
Bakıda ermənilərin məhkəməsi: Kərkicahan sakinlərinin öldürülməsi ilə bağlı sənədlər elan olunub
Şimali Koreya: "Bizim nüvə dövlət statusumuz geridönməzdir"
Türkiyənin 17 şəhərində FETÖ əməliyyatı: saxlanılanlar var
CHP-nin qurultaylarının ləğvi tələbi - Məhkəmə təxirə salınıb
Sabah hava necə olacaq? - Proqnoz
CHP funksioneri həbs olunub - AKP-yə keçən bələdiyyə üzvünə görə
"Əvvəl Tanrıdan bir ər istəyirsiniz, sonra ərdən..."