Zeynəb Xanlarovanın bacısı oğlu həbs olundu - Təfərrüat
17-09-2020 [16:55]
Türkanda Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və qəsəbə icra nümayəndəliyinin başçısı Rahil Babayev həbs ediliblər.
Mia.az bildirir ki, Aktualxeber.az-a bu baradə qəsəbə sakinləri məlumat verib.
Qeyd edək ki, onların saxlanma səbəbi səs-küylü cinayət hadisəsidir. Və bu haqda xəbər az əvvəl dərc olunmuşdu.
Həmin yazını bir də təqdim edirik:
“Bakının Türkan qəsəbəsində inanılmaz cinayət sxemində iştirak edən daha iki şəxsin adı üzə çıxıb. Bunlardan biri eks deputat Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov, digəri isə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərovdur. Türkanda baş verən cinayətin mahiyyəti budur ki, qəsəbə icra nümayəndəliyinin başçısı Rahil Babayev 90 yaşlı Xumara Şabanovanın və 80 yaşlı Əzizəxanım Atayevanın ailə tərkibləri haqda arayış verib. Həmin arayışlarda hər iki qadının ailə tərkibləri haqda məlumatlar saxtalaşdırılıb. İlk baxışdan mənasız görünən bu saxtalaşdırma çox böyük cinayətlərə, qrup şəklində dələduzluqlara yol açıb. Belə ki, qadınlara saxta “ölüm kağızı” verildikdən sonra onlara məxsus olan və Türkan qəsəbəsinin perspektivli dənizkənarı hissəsində yerləşən bağ torpaq sahələri ələ keçirilib və fantastik qiymətə satılıb, özgəninkiləşdirilib. Cinayətin baş tutması üçün hər iki qadın ölmüş elan olunub! Hazırda həyatda olan 90 yaşlı Xumara Şabanovanın və 80 yaşlı Əzizəxanım Atayevanın əllərində özlərinə aid olan ölüm haqqında şəhadətnamələr var! Bəli, məhz belədir, adamlar həyatdadır, amma rəsmi olaraq “dünyadan köçüblər”.
“Yeni Müsavat”a daxil olan məlumata görə, icra namyəndəsi Rahil Babayev saxta arayış verməkdən əlavə son nəticədə bağ-torpaq sahələrinin satışının baş tutması üçün də addımlar atıb. 2017-ci ildə Türkan qəsəbə icra nümayəndəsi Rahil Babayev Əzizə Atayevanın oğluna deyib ki, onu işə düzəldəcək. Bunun üçün işçisi Mehmanı Əzizə Atayevanın oğlunun yanına göndərib. Mehman Rahil Babayevin adından deyib ki, bəs Çingiz adlı şəxsin adına etibarnamə verməlidir ki, onu işə düzəldə bilsinlər. Çingiz Xeyrəli oğlu Səfərov Türkanda Rahil Babayevə yaxın şəxs kimi ad çıxarıb. Onları tez-tez Türkandakı “Eldar” İstirahət Mərkəzində bir yerdə olurlar. Ona görə də Əzizə Atayevanın oğlu Mehmanın Rahil Babayevin adından dediyi sözlərə inanmaqdan başqa yolu olmayıb. Çingiz Səfərov Əzizə Atayevanın oğlunu Nərimanov rayonunda yerləşən 5 saylı “ASAN xidmət” mərkəzinə aparıb, orada adından çıxış etmək üçün baş etibarnamə alıb. Rahil Babayevin verdiyi saxta arayışda isə Əzizə Atayevanın həyat yoldaşının yeganə vərəsəsi kimi məhz həmin oğlu göstərilib, digər övladlarının olması gizlədilib. Beləcə Rahil Babayev saxta arayış verməklə yanaşı həmkəndlilərinin inamından sui-istifadə etməklə Əzizə Atayevanın oğlundan baş etibarnamə alınmasına nail olub. Həmin baş etibarnamə əsasında Əzizə Atayevanın həyat yoldaşının adına olan bağ-torpaq sahəsi Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun adına keçirilib və sonuncu bağ-torpaq sahəsini satıb! Nəticədə çoxuşaqlı ailənin xəbəri olmadan onlara məxsus bağ-torpaq sahəsi özgəninkiləşdirilib. Eyni sxem üzrə 90 yaşlı Xumara Şabanovanın da həyat yoldaşının adına olan bağ-torpaq sahəsi ələ keçirilərək satılıb. Yaxşı düşünülmüş bu cinayət sxemi üzrə Türkan qəsəbəsində 10-a yaxın bağ-torpaq sahəsinin ələ keçirilməsi haqda iddialar var.”/Yenisabah.az
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!
Nizaminin icra başçısına ağır itki üz verib
“Azercell”dən xüsusi “Samsung” kampaniyası!